Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlıların cərimələnməsi ilə bağlı iclas keçirilir

“Fud Siti”də namaz qılmaq qadağan olunub

“Bazanın əksər işçiləri azərbaycanlılardır. Bu problemlə əlaqədər Rusiya Azərbaycanları İttifaqına bir çox müraciətlər olub. Bununla bağlı təkcə Moskvadan deyil, regionlardan da şikayət daxil olub. Araşdırmalarımızdan sonra məlum oldu ki, Azərbaycan əsilli namaz qılanları o məkanda sıxışdırırlar və həmyerlilərimizin ibadətlərini yerinə yetirmələrinə imkan vermirlər. Təşkilat olaraq biz də bu məsələyə ciddi yanaşırıq və bunu diqqət mərkəzində saxlayırıq”.

Bu fikirləri "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud-siti”də azərbaycanlılar üçün namaz qılmağın qadağan olunması barədə məsələ Azərbaycan diasporu tərəfindən nəzarətdə saxlanılır:

“Problem var, araşdırdıq və bunu gördük. Hətta regiondan Moskvaya gələn soydaşımızı bazada namaz qıldığına görə cərimə ediblər və buranın namaz qılmaq üçün məkan olmadığını bildiriblər. Məsələ ilə bağlı artıq bazar rəhbərliyi ilə danışıqlar aparılıb. Hazırda bu danışıqlar davam edir. Bu gün problemin həlli yolu tapılması üçün baza rəhbərliyinin təcili iclası keçirilməlidir. İnanırıq ki, “Fud-Siti”də ibadət üçün məkan ayrılacaq. Namaz qılmaq üçün belə yerlər, hətta hava limanlarında belə mövcuddur”.

"Taciklərdə bu cür məhdudiyyətlər yoxdur. Azərbaycanlılar taciklərin yanında namaz qılır, onlara icazə var, bizimkilərə yox?! Bu, nə deməkdir?! Bazanın sahiblərinin əslən Azərbaycandan olduğunu hesab etsək, düşünürük ki, bu məsələ yaxınlıqda həllini tapacaq”, deyə E.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.

Pia.az


Etiket: Fud Siti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar