Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva sona qədər öz bitərəfliyini qoruyacaq?

Politoloq: “2016-cı ilin aprel hadisələrindən və bu ilin iyul döyüşlərindən fərqli olaraq Rusiyadan bizə təzyiq yoxdur”

“Kremlin Azərbaycana açıq-aşkar təzyiq yoxdur. Çünki Kreml artıq Cənubi Qafqazda Türkiyənin varlığını qəbul edib və başa düşür ki, Azərbaycan əleyhinə atılacaq addım onu Türkiyə ilə qarşı-qarşıya qoya bilər”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya tərəfinin Qarabağla bağlı hazırkı mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi sentyabrın 27-si səhər saatlarından başlayaraq cəbhədə atəşkəs pozulub və müharibə hələ də davam edir. Bu vaxta qədər Azərbaycan ordusu düşmənə qarşı əzmlə döyüşür və artıq bir neçə kəndlərin azad oldunduğu rəsmi təsdiqini tapır.

Cəbhədə gedən döyüşlərdən ayında olur ki, Ermənistan ordusu Azərbaycan ordusuna qarşı döyüşə bilmir. Buna görə də Ermənistan ordusu Azərbaycanın mülki əhalisini və evləri atəşə tuturlar. Buna görə də mülki əhalidən ölənlər və yaralananlar var. Həmçinin də evlərə ciddi ziyan dəyir. Ermənistan ordusunun bu acizliyindən görünür ki, havadarından dəstəyi yoxdur.

Rusiya tərəfinin Qarabağla bağlı hazırkı mövqeyini necə dəyərləndirmək olar və hazırda sərgilənən mövqe onu deməyə əsas verirmi ki, Moskva sona qədər öz bitərəfliyini qoruyacaq?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Hazırda Rusiyanın mövqeyi bizə mane olmur”. 

Rusiya mətbuatında Azərbaycan əleyhinə müəyyən yazıların yayıldığını vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, artıq həqiqəti deyən Rusiya ekspertləri də var:

“Hazırda Rusiyanın mövqeyi bizə mane olmur. Yəni 2016-cı ilin aprel hadisələrindən və bu ilin iyul döyüşlərindən fərqli olaraq Rusiyadan bizə təzyiq yoxdur. Çünki biz döyüşləri Azərbaycan ərazisində aparırıq. Bu amil bizim xeyrimizə işləyir.

Düzdür Rusiya mətbuatında Azərbaycan əleyhinə müəyyən yazılar yayılır. Amma onu da vurğulamaq lazımdır ki, həqiqəti deyən Rusiya ekspertləri də var. Onlar bildirirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir.

Elxan Şahinoğlu: “Hal-hazırda istər Rusiya, istərsə də Fransa, ABŞ bizə mane olmur”.

Bir daha qeyd edim ki, Kremldən Azərbaycana açıq-aşkar təzyiq yoxdur. Çünki Kreml artıq Cənubi Qafqazda Türkiyənin varlığını qəbul edib və başa düşür ki, Azərbaycan əleyhinə atılacaq addım onu Türkiyə ilə qarşı-qarşıya qoya bilər. Bu amil də bizim xeyrimizə işləyir.

Bütün bunlara görə də biz əks hücumları davam etdirməliyik və torpaqlarımızı azad etmək istiqamətində həyata keçirdiyimiz əməliyyatlar da davam etməlidir. Hal-hazırda istər Rusiya, istərsə də Fransa, ABŞ bizə mane olmur. Yəni Azərbaycan mane olacaq heç bir faktor yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar