Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva niyə XİN rəhbərlərinin Bratislav görüşünü məxfi saxlayır?

Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü məxfi saxlanılır...

Politoloq: “Bratislavadakı görüşlə bağlı konkret açıqlamalar verilməyib. Həmçinin müzakirə obyektinin hansı məsələlər olduğu barədə də nə Azərbaycan, nə də Ermənistan tərəfi bəyanat verməyib”.

“Düşünürəm ki, hələlik konkret açıqlamanın verilməməsi Ermənistanın tərədüdlü mövqeyi ilə əlaqəlidir. Çünki bu gün Paşinyan hökuməti hər hansı bir strateji qərar vermək yönündə hələ də özünü hazır hiss etmir”.

Bu sözləri politoloq Natiq Miri rusiyalı politoloq Stanislav Tarasovun Məmmədyarovla Mnatsakanyan Bratislavadakı görüşü barədə fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlama verib. O açıqlamasında Bratislavada AzərbaycanErmənistan XİN rəhbərlərinin görüşündən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda səfərdə olmasına diqqət çəkib.

“Lavrov bildirdi ki, qarşıdakı görüşdə Məmmədyarov və Mnatsakanyan konkret sənədi müzakirə etməlidir, söhbət “3+2” düsturundan gedir və bəyan etdi ki, yaxın vaxtlarda həmin sənədin rəsmiləşəcəyinə ümid edir. Yəni Lavrov danışıqların daha yüksək formatını təklif edir – AzərbaycanErmənistan XİN rəhbərləri Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar aparsın. Lakin Azərbaycan Bratislava görüşü ərəfəsində münaqişə ilə bağlı rəsmi mövqeyini irəli sürdü və bu, “Madrid prinsipləri”nə əsaslanır. Buna paralel olaraq, Nikol Paşinyan Xankəndində bəyan etdi ki, “masada heç bir sənəd yoxdur və biz indiyə qədər “Madrid prinsipləri” ilə bağlı izahat almadıq”. Burada sual yaranır, Məmmədyarovla Mnatsakanyan Bratislavada üç saat yarım ərzində nədən danışırdılar? Lavrov ssenarisi yaxın buraxılmır, lakin XİN rəhbərləri yanvar ayında yenidən görüşəcəklərinə dair razılaşdılar. Daha sonra Minsk qrupunun ümumi sözlərlə bəzədilmiş bəyanatı yayımlandı. Buradan nəticə çıxır ki, ya XİN rəhbərləri danışıqlar formatı ilə bağlı Lavrovun “3+2” təklifini müzakirə edirlər, amma qərar qəbul etməyə hazır olmadıqları üçün, fikirlərini açıq bildirmirlər, ya da ümumiyyətlə Lavrovun təklifi rədd edildi”, - o qeyd edib.

Ümumiyyətlə adətən XİN rəhbərlərinin görüşündən sonra detallar açılırdı. Amma Bratislavada XİN rəhbərlərinin görüşü məxfi saxlanılır. Moskva niyə prosesin məxfiliyini hələ də saxlayır?

Mövzunu PİA.az-ın əməkdaşı Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Paşinyan höküməti Qarabağla bağlı hər hansı bir strateji qərar verməyə hazır deyil”.

Konkret açıqlamanın verilməməsini Ermənistanın tərədüdlü mövqeyi ilə bağlayan politoloq bildirib ki, bu gün Paşinyan hökuməti hər hansı bir strateji qərar vermək yönündə hələ də özünü hazır hiss etmir:

“Bildiyimiz kimi Bratislavadakı görüşlə bağlı konkret açıqlamalar verilməyib. Həmçinin müzakirə obyektinin hansı məsələlər olduğu barədə də nə Azərbaycan, nə də Ermənistan tərəfi bəyanat verməyib. Hətta Bratislavadakı görüşdən sonra ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin üçlü bəyanatı oldu. Bu bəyanat əvvəlki bəyanatlara rəğmən həcm baxımından geniş idi.

Birmənalı açıqlamalar verilməsə də, hiss olunur ki, hansısa təkliflər əsasında müzakirə predmeti olub. Ancaq qərar məsələsinə gəlincə təbii ki, bu məsələdə Ermənistan tərəfi birmənalı olaraq qərar verə bilmədiyi üçün məsələ növbəti ilə saxlanılıb. Düşünürəm ki, son zamanlar Rusiyanın həmsədr dövlətlərə rəğmən nisbətən aktivləşməsini nəzərə almalıyıq. Görünür Rusiyanın konkret planı çərçivəsində müzakirələr aparılıb. Çünki məhz Rusiyanın təşəbbüsü ilə konkret hümanitar proqramlar işlənib. İki münaqişə tərəf jurnalistlərinin qarşılıqlı olaraq Azərbayacan və Ermənistana səfərləri də təxminən bu planın tərkib hissəsi sayılmalıdır. Gələcəkdə ziyalıların, hətta millət vəkillərinin qarşılıqlı səfərləri də bu plan çərçivəsinə daxil edilib.

Əgər bu cür hümanitar proqramlar yerinə yetirilirsə, demək ki, bəzi siyasi məsələlər də müzakirə predmeti olub. Sadəcə bu yöndə hələlik konkret açıqlama vermirlər. Düşünürəm ki, hələlik konkret açıqlamanın verilməməsi Ermənistanın tərədüdlü mövqeyi ilə əlaqəlidir. Çünki bu gün Paşinyan hökuməti hər hansı bir strateji qərar vermək yönündə hələ də özünü hazır hiss etmir. Məlumdur ki, Dağlıq Qarabağdakı separatçı rejimlə və işğal olunmuş ərazilərdəki hərbi xunta ilə Paşinyan hökumətinin çox ciddi şəkildə problemləri var. Ona görə də 2020-ci ildə qondarma Dağlıq Qarabağ rejimində keçiriləcək seçkilərlə bağlı məsələ aydınlığa qovuşmayana qədər bu yöndə konkret qərarlar verilməyəcək.

Natiq Miri: “Son zamanlar Rusiyanın həmsədr dövlətlərə rəğmən nisbətən aktivləşməsini nəzərə almalıyıq. Görünür Bratislavada Rusiyanın konkret planı çərçivəsində müzakirələr aparılıb”.

Ayrıca Ermənistanın daxilində də hələlik vəziyyət Paşinyan hökuməti üçün ürəkaçan deyil. Çünki inqilab nəticəsində hakimiyyətə gələn Paşinyan hələ də vəd etdiyi bir çox məsələləri, xüsusilə də iqtisadi yöndə yeni istehsal müəssisələrinin açılması və işsizliyin azaldılması, miqrasiyanın tamamilə aradan qaldırılması ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Buna görə də erməni ictimai rəyində Paşinyan hökumətinin reytimqi çox surətlə düşməkdədir.

Həmçinin erməni ictimai rəyində hələ də Dağlıq Qarabağ problemi ilə bağlı konkret olaraq köklü dəyişiklik baş verməyib. Belə olan halda da təbii ki, Paşinyan höküməti Qarabağla bağlı hər hansı bir strateji qərar verməyə hazır deyil. Buna görə də rus politoloqunun verdiyi bu açıqlamı qismən həqiqət hesab etmək olar.

Onu da qeyd edim ki, Ermənistanın xarici işlər naziri Mnatsakanyanın hakimiyyətdə bir nazir olaraq qalıb-qalmaması məsələsi çox kövrəkdir. Buna görə də Mnatsakanyan gedər ayaqda erməni tarixində Qarabağı satan bir nazir kimi qalmaq istəmir. Buna görə də Stanislav Tarasovun açıqlamasını həqiqət kimi saymaq olar. Amma tələsmək olmaz. Bildiyimiz kimi 2020-ci ildə yeni görüşlər planlaşdırılıb və razılaşdırılıb. Yalnız bu müzakirə və razılaşdırılmalardan­ sonra artıq konkret proqnozlar vermək mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar