Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Moskva ilə Ankara yenə üz-üzə gəldi: Bu dəfə Qafqazda

Almaniya mediası Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimlərdən yazır.

“Türkiyə Azərbaycanda hərbi təlimlər keçirir. Bu, qonşu Ermənistan və onun qoruyucu gücü olan Rusiya ilə gərginliyi artırır - Moskva ilə Ankara arasında daha bir münaqişə zonası yaranır”. Almaniyanın “tagesschau.de” saytı belə yazır.

Qeyd edək ki, Ermənilərin Tovuz rayonuna hücumundan sonra Ermənistan-Azərbaycan münaqişəsi Qərb mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya mediası da bu mövzuya xüsusi diqqət yetirir. Hətta xırda təfərrüatlar belə nəzərdən qaçmır. Məsələn, bugünlərdə bir erməni əsgərinin Azərbaycan tərəfindən açılmış sərrast atəşlə qətlə yetirilməsi belə Almaniya mediasında xəbərə çevrildi.

“Tagesschau.de” saytı vurğulayır ki, Liviya və Suriyada üz-üzə gələn Rusiya və Türkiyə bu dəfə Cənubi Qafqazda qarşılaşıblar. Sayt bildir ki, Türkiyə birmənalı şəkildə Azərbaycanı müdafiə edir. Bu iki ölkələr arasında “”bir millət, iki dövlət” şüarı çox populyardır. Ancaq bu şüar yalnız Azərbaycana aid deyil, həm də digər türk dövlətlərinə də şamil edilir. Söhbət hansı türk dövlətlərindən gedir? Sayt bu barədə məlumat vermir. Təbii ki, Orta Asiyada yerləşən türk dövlətləri nəzərdə tutulur. Ancaq Qərb mətbuatı Türk Dünyası haqqında son dərəcə xəsisliklə məlumat yayır. Etiraf olunmasa da bu, tabu mövzu sayılır.

Sayt yazır ki, İranla Ermənistanın arasında sıxılıb qalmış Naxçıvan dünyanın yaddan çıxardığı məkanlardan biridir. Burada 400 min nəfər yaşayır. Bu ərazi Avropa ilə Asiyanın sərhədində yerləşir. Son dərəcə strateji bir bölgədir. Türkiyə ilə Naxçıvanın 17 km.lik sərhədi var. Türkiyə Azərbaycana məxsus Naxçıvanda da hərbi təlimlər keçirir.

Almaniya saytı bildirir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər problemin danışıqlar yolu ilə həllinə üstünlük verdiklərini bəyan ediblər. Ancaq Ermənistanla Azərbaycan arasındakı münasibət son dərəcə gərgindir. Rusiya ilə Türkiyə bölgədə mövcud olan bu gərginliyi aradan qaldıra biləcəkmi?(musavat.com) 

pia.az 

 

 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"

İlqar Məmmədov: Təqsirsiz insanların həbsi Azərbaycana böyük rüsvayçılıq gətirəcək – Video

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv edildi

Əli Kərimlinin sürücüsünə hökm oxundu - Foto

loading...

Ən çox oxunanalar