Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Moskva bu gündən normal həyata qayıdır

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilən qadağalar yumşaldılmağa başlayır.

Bu barədə şəhər meri Sergey Sobyanin meriyanın saytında yayımlanan bloq yazısında qeyd edib.

O, bildirib ki, yanvarın 22-dən etibarən şəhərdə muzeylər, kitabxanalar və digər mədəniyyət müəssisələri işlərini bərpa edəcəklər.

Həmçinin bu gündən etibarən ziyarətçilərin sayı müvafiq binalarda ümumi tutumunun 50%-dən çox olmaması şərti ilə əyləncə, sərgi, maarifləndirmə, reklam və digər bu kimi tədbirlərin keçirilməsinə icazə verilir.

Eyni zamanda, kolleclər, uşaq əyləncə məkanları, idman məktəbləri, kurslar, fevralın 6-dan isə ali təhsil mərkəzləri yenidən işə başlayır.

Qeyd edək ki, Moskvada son bir gündə koronavirusa 3 458 nəfər yoluxub.

Pandemiyanın başlanğıcından bəri paytaxtda 904 352 yoluxma aşkar edilib. Bu bir gün öncəki statistikaya görə (2 452 yoluxma) 4 faiz artım deməkdir.

Koronavirusdan 3 633 952 yoluxmanın qeydə alındığı Rusiya dünya ölkələri arasında dördüncü yerdədir. (oxu.az)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

Ən çox oxunanalar