Bazar ertəsi, 17 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Moskva Azərbaycanın təhsil sektorunda sürətlə möhkəmlənir

Rusiya universitetinin daha bir filialı açılacaq

Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində digər millətlərin nümayəndələri ilə yanaşı Azərbaycandan da xeyli sayda tələbələrimiz var. Fiziki qüsurlu tələbələr həmişə valideyinlərinə yaxın olmaq istəyirlər. Bununla əlaqədar bizdə layihə yarandı ki, universitetin Bakıda filialını açaq”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov deyib.

O, qeyd edib ki, bu istiqamətdə müxtəlif görüşlər keçirilib və razılıq əldə olunub:“2016- cı ildə mən və Rusiyanın Təhsil naziri Azərbaycan prezidentinin qəbulunda olduq və filialın Bakıda açılışı ilə bağlı razılığa gəldik. Bu günlərdə son etapdayıq. Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası Dövlət Komissiyasının iclasında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti arasında müqavilə imzalanacaq və ilk növbədə bizə sənədləşmə işlərini yekunlaşdırmaq üçün ofis ayrılacaq. İnanıram ki, növbəti təhsil ilində biz artıq ilk tələbələrimizi qəbul edəcəyik”.

Belə görünür ki, Rusiya Azərbaycanın təhsil sektorunda sürətlə möhkəmlənir! Təhlükəli deyilmi?

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar