Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moody's”: Azərbaycanda vergi islahatları büdcənin qeyri-neft kəsirini azaldacaq

Azərbaycanda dövlət idarəçiliyi səmərəliliyi neft qiymətlərinin aşağı düşməsi nəticəsində ticarət şərtlərinin sürətlə pisləşməsi fonunda yüksəlib

Bu barədə "Moody's Investors Service" reytinq agentliyinin analitikləri məlumat veriblər.

Agentliyin MDB-də islahatlara və onun nəticələrinə həsr edilmiş hesabatında deyilir:

"Enerji daşıyıcılarının dünya qiymətlərinin aşağı düşməsi ona gətirib çıxarıb ki, Azərbaycan milli valyutanın dollara olan bağlılığını aradan qaldırıb, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib.

Azərbaycan Mərkəzi Bankı da hazırda uçot dərəcəsinin köməkliyi ilə inflyasiyanın tarqetinq siyasətinin reallaşdırılması prosesindədir. Eyni mexanizmdən istifadə edən Qazaxıstan inflyasiyanın daha yüksək templə azalmasına və inflyasiya gözləntilərinin daha səmərəli möhkəmlənməsinə nail olur".

"Moody's" analitiklərinin sözlərinə görə, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyaya məruz qalması ona gətirib çıxardı ki, ölkə yüksək səviyyədə dollarlaşan bank sistemində artan təzyiqlə üzləşdi:

"Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərə və qanunverici təşəbbüslərə səbəb oldu. Hökumət neft gəlirlərinin dayanıqlı olmasını nəzərə alaraq iqtisadiyyatın şaxələndirilməsi üzrə səyləri bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (2019-cu il yanvarın 1-dən) Azərbaycanda tətbiq edilmiş vergi qanunvericiliyi siyasətin proqnozlaşdırılmasını yüksəldəcək, protsikliyi aşağı salacaq, büdcənin qeyri-neft kəsirini tədricən azaldacaq".(Oxu.Az)

pia.az

 


Etiket: “Moody's”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar