Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Montyor”, karyer müdiri Sevindik Hətəmovun Salyan hökmdarlığı

Hətəmovun "Salyandan" qazandıqları...

Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Əslində, burada hansısa qəribəlik axtarmaq niyyətində də deyilik. Ən azından ona görə ki, biznesmenlərin dövlət qulluğunda yer almasına dair beynəlxalq praktikada da kifayət qədər uğurlu örnəklər var. Elə ölkəmizdə də siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir. Amma bir reallıq da var ki, bu həmişə belə olmur.

Hər halda PİA.az olaraq bu yazımızın qəhrəmanı olan Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Yardımlının problemləri isə “dizə çıxıb”. Bu haqda daha ətraflı bir qədər sonra, hələliksə…

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”
Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur

“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir

Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib cə sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Qohum əqrabaya yaradılan şərait

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qolunu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla işə gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

2017-2018-ci illlərdə yuxarı instansiyalara daha çox şikayət edilən rayonlardan biri kimi Salyanın adının çəkilməsi də burada işlərin hansı məcrada qurulduğunu düşünmək üçün əsaslar yaradır. Onun görəvdən alınması məsələsinin aktuallaşması isə təkcə vətəndaşların şikayətləri ilə bağlı deyil, eyni zamanda ötən il üzrə aqrar göstəricilərdə Salyan rayonunun aşağı nəticələr sərgiləməsi də Sevindik Hətamovun işdən alınmasını tezləşdirən amillərdəndir. Bundan başqa Salyanda təhsil üzrə göstəricilər, eyni zamanda səhiyyə sahəsindən əhalinin narazılıqlarının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirib.  (cumhuriyyet.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar