Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mona Liza” tamamlanmayıb?

Güman olunur ki, Leonardo da Vinçi yaşlı vaxtı huşunu itirərək əlini zədələdiyinə görə “Mona Liza”nı tamamlaya bilməyib

Şəkilləri tədqiq edəndən sonra iki italyan həkimi belə qənaətə gəlib.

Əvvəllər güman olunurdu ki, zədə ürək tutması nəticəsində baş verib. Ancaq plastik cərrah Davide Ladzeri və nevroloq Karlo Rossi hesab edirlər ki, bu versiya rəssamın sağ əlində fırçanın tutması ilə uyğun gəlmir. Rəssamın baş, göstərici və ortancıl barmaqları darta qalıb, çeçələ barmağı isə qatlanmış formadadır. İnsult olsaydı bütün barmaqlar yığılardı. Ekspertlər, həmçinin qeyd edirlər ki, Leonardonun beynində qan dövranının pozulması nəticəsində nevroloji problemlərin olması barədə də sübutlar yoxdur.

Bundan əlavə onların fikrinə görə, rəssamın barmaqlarının bu cür tutması biləyində iflicin olması ilə əlaqədardır. Adətən yaşlı insanlar başgicəllənmə hiss etdikləri zamanı yıxılır və əlini zədələyirlər. “Bu məhz onu sübut edir ki, Leonardonun son işləri “Mona Liza” daxil olmaqla natamam qalıb”, - deyə Ladzeri vurğulayıb.

Onu da qeyd edək ki, rəssam 21 yaşında ilk işlərini həm sağ, həm də sol əliylə çəkib. O, hətta sol əliylə yazı yaza da bilirdi. Yağlı boya ilə işləyərkən adətən sağ əlinə üstünlük verirdi.(axşam.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar