Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Molla rejimi özünü sığortaladı: Çinin İranla bağladığı gizli sazişin arxasında hansı məqamlar var?

İran Çinlə imzaladığı razılaşma ilə rejimini qorumaqla yanaşı, neft-qaz satışları üçün böyük bir bazara çevrilməyi təmin edərək, yeni bir dövrə qədəm qoyur...

Abdurrahman Raşid
“Şarkul Avsat” qəzeti, Türkiyə, 31 mart, 2021-ci il

Çinlə İran arasındakı 25 illik razılaşma İkinci Dünya Müharibəsindən sonra bölgədə qurulmuş nizamı dəyişdirə bilər.

Birinci Dünya Müharibəsi bitəndən bəri neftin artan önəmi və mülki-hərbi mövqeyi ucbatından İran və daxili bölgəsi böyük güclərin rəqabət meydanına çevrildi. İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqı nasist Almaniyasının İrana və neft sahələrinə çatmasının qarşısını almaq üçün İngiltərə və ABŞ-la eyni cəbhədə döyüşmək üçün bir müqavilə bağlamışdı.

Üç ölkənin liderləri - Stalin, Ruzvelt və Çörçil müharibə zamanı Tehranda toplaşdılar. Hitlerin məğlubiyyətindən sonra Sovet İttifaqı İranda qalmağa qərar verdi və bir neft müqaviləsi imzaladı. Lakin Vaşinqton və London Sovet İttifaqını uzaqlaşdırmağa və gec də olsa, müqaviləyə xitam verməyə müvəffəq oldu.

10 il sonra İngiltərə və ABŞ Müsəddiqin seçkilər yoluyla İran hökumətinə rəhbərlik etməsində sol qanadın və Sovetlərin əli olduğunu başa düşdülər. Daha sonra Müsəddiqə qarşı çevriliş təşkil edildi və şahın səlahiyyətləri qorunub saxlanıldı. Şah Rza Pəhləvinin devrilməsindən 10 gün sonra, 1979-cu ilin dekabrında Sovet İttifaqının İranla sərhəddə olan Əfqanıstanı işğal etməsi ilə ABŞ Sovetin niyyətindən bir daha şübhələndi və dərhal Əfqanıstanı dəstəkləyərək Sovet İttifaqı ilə üz-üzə gəldi. Bunun səbəbi də isti su və neft arzusunda olan çarların İrana köçmək niyyəti olması ilə bağlı idi.

Bu isə çinlilərin “Bir Kəmər Bir Yol” layihəsi adlanan iqtisadi yardım strategiyasına əsaslanaraq Yaxın Şərqdə, xüsusilə Qərbi Asiya və Şərqi Afrikada genişlənmə həvəsini ilk dəfə ortaya çıxardı.

İranla bağlanan bu müqavilə heç də təəccüblü olmadı. Əslində, danışıqlar 2016-cı ildə başlamışdı və keçən il də davam etdi. Lakin müqavilənin indi imzalanması və razılaşmanın təfərrüatları arasında iqtisadi həmrəylikdən daha artıq detalların olması ABŞ administrasiyasının Çin və İranla apardığı siyasət baxımdan bir çox məsələni sual altında qoymağa başladı.

ABŞ mediasında 18 səhifəlik məxfi sənədin yayımlanmasından sonra məlum olub ki, silah istehsalından zibil yığımına qədər bir çox iş sahəsini əhatə edən dərin bir ittifaqla üz-üzəyik. Razılaşmanın İran üçün nə demək olduğunu və onun bölgəyə və beynəlxalq münaqişələrə olan təsirlərini anlamaq lazımdır.

Çin bu razılaşma ilə İrana hakim olacaq? Yaxud da Qərblə olan rəqabəti daha da alovlana bilərmi? Bu, böyük güclər arasında soyuq müharibələrə və ya müttəfiqləri arasında bu günkündən daha ciddi bir qarşıdurmaya səbəb olacaqmı? Yoxsa Çin bölgədə artan İran ehtirasını cilovlayacaq?

Bir şey dəqiqdir ki, Çin Əjdahası bölgəyə doğru sakitcə sürünərək daxil olur.

Pakistanın ABŞ-ın böyük müttəfiqi olmasına mane olaraq, onu Çin üçün daha böyük bir bazara və tərəfdaşa çevirdi. Həmçinin, Çin Xalq Qurtuluş Ordusunun aparıcı birlikləri Afrika ilə üzbəüz olan dəniz sərhədlərini qorumaq üçün Cibutidə hərbi baza qurmaq məqsədilə Ədən Körfəzinə gedib çatdı. Bu da Pekinin yaxın gələcəkdə bölgədəki maraqları üçün hərbi gücdən istifadə edə biləcəyinə, yəni misli görülməmiş geosiyasi dəyişikliklərin meydana gələcəyinə işarə edir.

İran Çinlə imzaladığı razılaşma ilə rejimini qorumağı və neft-qaz satışları üçün böyük bir bazara çevrilməyi təmin edərək yeni bir dövrə qədəm qoyur. Razılaşmaya əsasən, İran dövləti İraq, Suriya, Livan, Qəzza və Yəmən olmaqla beş müharibə cəbhəsi yürütdüyü üçün bölgə dövlətlərinin hərbi müdaxilələrindən şikayətləndiyinə görə İran rejimi hərbi və təhlükəsizlik qüvvələrini inkişaf etdirəcəyini vəd edib.

Sövdələşmə elan edilməzdən əvvəl Səudiyyə Ərəbistanına səfər edən və “Al-Arabiya” kanalına müsahibə verən carici işlər naziri Vanq Yinin kəskin davranışları diqqətdən yayınmayıb. Vanq Yi müsahibəsində Körfəz ölkələri və İran üçün Sülh Təşəbbüsünü izah edib.

Təşəbbüs dəniz yollarının qorunması və Körfəzdəki silahlı hücumların qarşısının alınması da daxil olmaqla, beş tövsiyəni əhatə edir. Bu açıqlama Çinin İranın İraq, Suriya və Livandakı hücumlarında maraqlı olmadığını göstərir.

Bəlkə də, bunun səbəbi Qərb müxaliflərinin göstərdiyi təzyiqlə əlaqədardır. Görünür, razılaşmanın bölgədə və dövlətlər arasındakı təsirləri ilə bağlı sual doğuran daha çox məqamlar var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar