Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovada siyasi qarşıdurma

Moldova hüquq-mühafizə orqanları hökumət binasını mühasirəyə alıblar

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, polisin hökumət binasını mühasirəyə alması “ictimai asayişin təmini” ilə izah edilib.

Binanı mühasirəyə alan polislərin sayının bir neçə yüz nəfər olduğu vurğulanıb.

Bu gün həmçinin Moldova Polis Baş Müfəttişliyinin rəhbəri Aleksandr Pınzar hökumətə tabe olmadığı ilə bağlı bəyanat yayıb. Pınzar ölkənın daxili işlər naziri olaraq Andrey Nestaseni yox, keçmiş Baş nazir Filipin kabinetində olan Aleksandr Jizdanı tanıdığını deyib.

Bu bəyanatdan az sonra yeni hökumət Pınzarın istefası haqqında qərar qəbul edib. Onun yerinə polisin rəhbərliyi George Balana tapşırılıb.

Bu arada o da məlum olub ki, Moldova ordusu ölkəni cənginə alan siyasi böhrana müdaxilə etmək niyyətində deyil.

Moldova Müdafiə Nazirliyinin bu barədə yaydığı bəyanatda deyilir: “Moldova ordusu adi rejimdə fəaliyyətinə davam edəcək, böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan kənarda qalacaq”.

Xatırladaq ki, dünəndən etibarən Moldovadakı siyasi gərginlik özünün ən pik həddinə çatıb. Belə ki, prezident İqor Dodonun təklifi ilə Maya Sandu ölkənin baş naziri seçilib. Bununla da ilk rusiyayönlü və avropayönlü siyasi təşkilatlar ittifaq qura biliblər. Sandunun baş nazir seçilməsinə Dodonun Sosialistlər Partiyası və ACUM Bloku səs verib.

Səsvermədən az sonra Konstitusiya Məhkəməsinə müraciət edən sabiq baş nazir Pavel Filip (Demokratik Partiya) parlamentin qərarının ləğv edilməsini istəyib. Konstitusiya Məhkəməsi bu qərarı dəstəkləyib və Filipi prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. Məhkəmənin belə qərar qəbuluna səbəb isə parlamentin yeni hökuməti 7 iyuna qədər formalaşdırmalı olduğu, amma bunu yalnız 8 iyunda edə bildiyi əsas göstərilib və hökumətin fəaliyyətinin qanunsuz olduğu elan edilib. Filip isə prezidentlik vəzifələrini ələ aldıqdan az sonra parlamenti buraxıb. Sandunun rəhbərlik etdiyi hökumət və parlamentin deputatları Filipi qəbul etmədiklərini, tezliklə buna görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bəyan ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar