Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldavada vəziyyət gərginləşdi: Ölkədə iki hökümət var...

Moldovada bu iln fevralında keçirilmiş parlament seçkilərindən sonra daha da dərinləşən siyasi böhran ötən gün parlament tərəfindən ölkənin korrupsiya işğalı altında olması barədə qətnamə qəbul edilməsinə gətirib çıxarıb

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, iyunun 8-də Moldova parlamentində nəhayət müvəqqəti koalisiya yaratmaq mümkün olub. Və parlamentin 101 üzvündən 61-nin səsi ilə ölkənin korrupsiya işğalı altında olduğuna dair qətnamə qəbul edilib.

Bu ilin fevralında keçirilən seçkilərdə rusiyameylli prezident İqor Dodonun Sosialistlər partiyası 35 mandat əldə edib. Sağ qüvvələrdən ibarət ACUM bloku 26 mandat qazanıb. Oliqarx Vladimir Plaxotnyukun hakim Demokrat partiyası isə 30 mandatla kifayətlənib. Nəticədə heç bir siyasi qüvvə hökuməti formalaşdırmaq üçün yetərli səs çoxluğuna malik deyil.

Koalisiya formalaşdırmaq üçün danışıqlar isə nəticə verməyib. Demokrat partiyası nə qərbyönümlü ACUM bloku, nə sosialistlərlə anlaşa bilməyib. İqor Dodon bildirir ki, demokratlar onun partiyasına “Rusiyadan üz döndərmək” şərti ilə koalisiya təklif ediblər. Amma bu şərt rədd edilib.

Nəhayət iyunun 8-də parlamentin fövqəladə iclasında sosialistlər və ACUM bloku "dövlətin deoliqarxizasiyası" və Moldovanın konstitusion məcraya qaytarılmsı üçün müvəqqəti razılaşma imzalayıblar. Razılaşma əsasənda formalaşan müvəqqəti hökumətin baş naziri “Həmrəylik və fəaliyyət partiyası”nın sədri Maya Sandu seçilib.

Parlamentin qətnaməsində deyilir ki, ölkənin dövlət və hüquqi təsisatları “total korrupsiyanın işğalı altındadır”. Ölkədə bütün sahələri korrupsiya bürüyüb, oliqarxlar məhkəmələr üzərində total nəzarət əldə ediblər. Bu bəyanatın oliqarx Plaxotnyuka qarşı yönəldiyi aydındır. Məhz o, Moldovanın ədliyyə, məhkəmə sisteminə, dövlət strukturların və xüsusi xidmət orqanlarına öz adamlarını yerləşdirib.

Qətnaməni yeni hökumətin daxili işlər naziri Andrey Nestase tribunadan oxuyub. O, Demokrat partiyasını hakimiyyətdən dinc və sivil yolla getməyə çağırıb. Məlumata görə Dodonun partiyası ilə ACUM blokunun razılaşması ABŞAvropa İttifaqı tərəfindən dəstəklənir.

Moldovada baş verənlərə Rusiya baş nazirinin müavini, prezident Putinin Moldova ilə iqtisadi-ticarət əlaqələrinin inkişafı üzrə xüsusi nümayəndəsi Dmitri Kozak da münasibət bildirib. O, deyib ki, ötən gün baş verənlər müxtəlif siyasi əqidəyə malik olan qüvvələrin Moldovanı “kriminal rejimin işğalından azad etməyin” vacibliyini dərk etdiyini göstərir.

Kozak təsdiq edib ki, Demokrat partiyasının lideri Vladimir Plaxotnyuk doğrudan da Sosialistlər partiyasına Rusiyadan üz döndərmək şərti ilə koalisiya razılaşması təklif edib. “Tarix göstərir ki, istənilən gizli siyasi razılaşma sonda fəlakətə gətirib çıxarır. Həm bu sövdələşmələrdə iştirak edən siyasətçilər üçün, həm də çiyinləri arxasında belə anlaşmalar əldə edilən vətəndaşlar üçün”,-Kozak Moldovanın üzünü tam qərbə döndərəcəyi təqdirdə üzləşəcəyi fəlakətə eyhamla bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar