Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Möhsün Fəxrizadənin öldürülməsi çox su aparacaq”

Toğrul İsmayıl: “Nüvə aliminin qətli İran təhlükəsizlik sisteminin zəif olduğunu göstərir”

İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadə noyabrın 27-də odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildi. İran Prezidenti Həsən Ruhani isə Fəxrizadənin qətlində İsraili ittiham etdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də nüvə aliminin qətlində İsrailin iştirakına dair dəlillər olduğunu vurğuladı. Nazir beynəlxalq birliyi, xüsusilə Avropa İttifaqını ikili standartlar siyasətinə son qoymağa və dövlət terrorizmi aktını qınamağa çağırdı.

Bununla yanaşı, Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən Ruhani, Fəxrizadənin terrora qurban getməsini namərdcəsinə bir addım adlandıraraq, qətlin ardınca sabitsizlik yaradacaq addımlarla mübarizə və bu kimi halların qarşısını almaq üçün göstəriş verdi.

Baş verənləri AYNA-ya dəyərləndirən Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin (KSİU) professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Toğrul İsmayılın fikrincə, siyasi konflikt yaratmaq istəyən dövlətlər bu hadisəni bəhanə gətirib şəxsi maraqları üçün istifadə edə bilər: “Amma İran o qədər supergüc deyil ki, bu cür hadisələri bəhanə edib İsrailə hücum etsin. Ona görə də mən böyük bir münaqişənin meydana gələcəyinə inanmıram. Digər tərəfdən, burada əsas məsələ ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydeni müəyyən faktlarla qarşı-qarşıya qoymaq məqsədi də daşıya bilər. Çünki Bayden seçilməmişdən əvvəl İranla ikili münasibətlərin düzələcəyini, nüvə müzakirələrinə yenidən geri qaydıcağını bildirmişdi. Ona görə də bu məsələ Amerikanı, xüsusi ilə də Baydeni İranla üz-üzə qoymaq məqsədi də daşıya bilər”.

Həmsöhbətimiz hesab edir ki, bunun da necə həll ediləcəyi ciddi sual doğuran məsələdir: “Çünki Baydenin Prezident seçilməsi, daha çox Türk dünyası üçün narahatlıq yaratsa da, İsraildə də müəyyən güclər var ki, onlar da Baydenin seçilməsindən ciddi şəkildə narahatdırlar. Dolayısı ilə Baydenin siyasi xətti, xüsusən də İran və Fələstin məsələləri ilə bağlı siyasəti İsraildəki bəzi güclərin xoşuna gəlmir. Bu səbəbdən də bunun bir tərəfi sadəcə İranın mütəxəssisinin vurulması ilə bağlı olsa da, bir tərəfi də Amrika ilə əlaqələndirilə bilər”.

İran tərəfinin açıqlamaları isə sadəcə bəyanatdan ibarətdir. Yəni, İran bu hadisədən faydalanaraq öz siyasətini bəyan edir. Çünki İran beynəlxalq birliyi ikili oyunlar oynamaqda itiiham etsə də, özü də ikili oyunlar oynayan dövlətdir. Necə ki, Qarabağ müharibəsində bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, digər tərəfdən tamamən ermənipərəst siyasət həyata keçirirdi. Bir sözlə, bu hadisə nə qədər xoşagəlməz olsa da, çox su aparacaq. Çünki bəzi məsələlərin sübut edilməsi lazımdır”, - İsmayıl bildirib.

Ekspertin sözlərinə görə, bu cür mütəxəssislərin öldürülməsi İrandakı təhlükəsizlik sisteminin zəif olmasını göstərir: “İran üçün çox ciddi bir mütəxəssis öldürülüb və bu, adi məsələ deyil. Əslində, bu cür mütəxəssislərin qorunması lazımdır. Belə olan halda, nüfuzlu bir alimə çox rahat şəkildə öz ölkəsində sui-qəsd təşkil edilir və öldürülsə, bu, xarici güclərin İranda at oynatması anlamına gəlir. Ona görə də İran ən birinci daxilindəki boşluqları nəzərədən keçirməlidir. Ki, bunun arxasında nə dayana bilər. Məsələn, Sovet İtifaqı bu cür mütəxəssisləri xüsusi olaraq qapalı şəhərlərdə yaşadırdı ki, təhlükəsizliyi tamamilə təmin olunsun. Çünki bu cür şəxslər nadir mütəxəssislərdir. Amma təbii ki, dünyanın hər yerində bu cür sui-qəsd halları, bu cür cinayətlər meydana gəlir. Elə Türkiyənin özündə də müxtəlif zamanlarda müəyyən mühəndislərin, nadir mütəxəssislərin öldürülməsini görmüşük”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar