Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ABŞ-dan Rusiyaya Amerika silahları ilə hücum etmək üçün icazə tələb edib

Kiyev Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləməsi fonunda ABŞ-a təzyiq göstərir ki, Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirmək üçün icazə alsın. Lakin Vaşinqton buna qarşıdır...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti rəsmilərə istinadən yazıb.

Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps etiraf etmişdi ki, London yarımadanı Ukraynanın bir hissəsi hesab etdiyi üçün Kiyevə Britaniyanın verdiyi silahlarla Krımı vurmağa icazə verib.

"Ukrayna rəsmiləri Bayden administrasiyasını Rusiyaya zərbələr endirmək üçün ABŞ istehsalı olan silahların istifadəsinə qoyulmuş qadağanı aradan qaldırmağa məcbur etmək üçün yeni səylər göstərirlər", deyə "Politco" yazıb.

Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri iddia edirlər ki, məhz ABŞ-ın bu siyasəti onları Rusiyanın mövqelərinə hücum etməkdən saxlayıb. Bununla belə, Bayden administrasiyasının siyasəti dəyişməyib. Bu barədə adı açıqlanmayan iki ABŞ rəsmisi qəzetə bildirib.

"Yardım Rusiya ərazisində hücum əməliyyatları deyil, müdafiə üçün nəzərdə tutulub", deyə mənbələrdən biri qeyd edib.

Qeyd edək ki, Rusiya qüvvələri bir neçə gündür Xarkov vilayətində fəal şəkildə irəliləyir. Mayın 12-də Rusiya Müdafiə Nazirliyi elan edib ki, Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya, ertəsi gün Qatişe, Krasnoye, Moroxovets və Oleynikovo nəzarətə götürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

DSX-nin ildırım vurması nəticəsində həlak olan hərbçisi Gəncədə dəfn edilib - Yenilənib

"Azərbaycanfilm"-in direktoru və müavini vəzifələrindən azad edildilər

Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları...

Respublika üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb

Keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçusu məlum olub

Seçkilər Aİ-ni silkələdi: Avropa Parlamentində hakimiyyət bölgüsü dəyişəcək

GERB-SDS Bolqarıstan parlament seçkilərində qalib gəlib

Ən çox oxunanalar