Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan və Ermənistanda gedən geosiyasi qarşıdurma region üçün hansı nəticələr doğuracaq?..

Cənubi Qafqazın Avropaya meyilli olan iki ölkəsində siyasi təlatümlər, etiraz aksiyaları və vətəndaş itaətsizliyi hökm sürür. Bu fonda istər Gürcüstan, istərsə də Ermənistan ağır xarici təzyiqlə üzləşməkdədir...

Politoloq: “Ermənistan və Gürcüstanda baş verən hadisələr ümumi mənada Cənubi Qafqazda proseslərin qızışdırılmasına xidmət edir”.

“Gürcüstan hakimiyyəti Qərbə qarşı göründüyü halda, Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxış edir və etirazlar da bu fonda baş verir. Bu da regionda geosiyasi qarşıdurmanın nə qədər gərgin olduğunu göstərir. Artıq səhnə arxasındakı xarici hücumlar özlərini belə gizlətmək istəmirlər”.

Bu sözləri politoloq Samir Hümbətov Gürcüstan və Ermənistan baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Hazırda Cənubi Qafqazın Avropaya meyilli olan iki ölkəsində siyasi təlatümlər, etiraz aksiyaları və vətəndaş itaətsizliyi hökm sürür. Bu fonda istər Gürcüstan, istərsə də Ermənistan ağır xarici təzyiqlə üzləşməkdədir.

Hal-hazırda Gürcüstan və Ermənistanda baş verənləri necə şərh etmək olar? Ümumi fonda, Gürcüstan və Ermənistanda gedən geosiyasi qarşıdurma region üçün hansı nəticələr doğura bilər?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Təbii ki, regionda geosiyasi qarşıdurmanın qarşısını almaq və sabitliyi bərqərar etmək üçün addımlar atılmalıdır. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırda gedən proseslər heç də yaxşı heç nə vəd etmir”.

Baş verən qarşıdurmaların, mitinqlərin, etiraz aksiyalarının müəyyən bir yerdə qırılma nöqtəsini yaşayacağını vurğulayan politoloq qeyd edib ki, indi hələki davam edir.

Ermənistan və Gürcüstanda baş verən hadisələr ümumi mənada Cənubi Qafqazda qarşıdurmanın qızışdırılmasına xidmət edir və eyni zamanda regional sabitliyə təhdidi artırır. Bildiyimiz kimi bu gün Gürcüstan parlamenti üçüncü oxunuşda xarici agentlər haqqında qanun layihəsini qəbul etdi. Yəni bu deməkdir ki, hökumət artıq ölkədə səliqə-səhman yaratmağın lazım olduğunu başa düşür. Lakin məhz bu qanun ölkənin Avropaya meyilli kəsimində sərt etirazlar doğurur və biz son bir neçə həftədir ki, bu etirazların küçəyə yansımalarını görməkdəyik.

Məncə Kobaxidze hökumətinin sabiq hökümətdən fərqi ondadır ki, artıq yeni hökümət məsələyə real yanaşmaq lazım olduğunu anlayırlar. Nə qədər xaricdən maliyyə alınacaqsa və bunun mənbəyi bilinməyəcəksə, bu o qədər Gürcüstana ciddi təhdid yarada bilər. Söhbət təkcə Qərbdən alınan maliyyə vəsaitindən getmir, ümumiyyətlə, Gürcüstana daxil olan və mənbəyi bilinməyən, hara xərclənməsi bilinməyən maliyyə vəsaitinlərindən gedir. Bu maliyyə vəsaitləri Gürcüstan üçün milli təhlükə mənbəyidir. Bu əslində həm də bazar iqtisadiyyatında formalaşan Gürcüstan iqtisadiyyatına da ziyan vurur. Dövriyyədə mənbəyi bilinməyən xeyli dərəcədə pul olur və artıq bunun özü ortaya problem ola bilər.

Lakin buna baxmayaraq Gürcüstanın baş naziri qanula bağlı müəyyən güzəştə gedəcəklərini də bəyan edib. Bu güzəşt isə qanun prezident tərəfindən veto edildikdən sonra həyata keçiriləcək. Çox təəssüf ki, baş nazirin bu vədi də Gürcüstanda sabitliyin yaranmasına xidmət etmədi, əksinə qarşıdurma daha da böyüdü.

Ermənistanda da təxminən vəziyyət Gürcüstan qədər qarışıqdır. Gürcüstandan fərqli olaraq Ermənistanda başqa vəziyyətdir. Ermənistan artıq Azərbaycanla delimitasiya, demikrasiya prosesini gedir. Azərbaycan Ermənistanın qarşısına artıq şərt qoyub. Şərt də budur ki, ya delimitasiya prosesi olmalıdır, ya da bu regionda sülh prosesini vı təhlükəsizliyi kövrək hala gətirəcək. Yəni prosesin iki yolu var. Ya biz delimitasiya, demikrasiya prosesini aparıb, yekun sülh müqaviləsini imzalayıb, ortaya nəticə qoymalıyıq, ya da bu kövrək vəziyyət yaxın bir zamanlarda yeni toqquşmaya aparıb çıxaracaq. Lakin Ermənistanda revanşistlər sülhə qarşı olduqlarını və əslində nə sülh, nə də müharibə vəziyyətinin davam etməsini istəyirlər. Onlar hətta 4 kəndin Azərbaycana aid olduğunu özləri etiraf etslər də, bu kəndləri geri qaytarılmasına bütüh gücləri ilə qarşı çıxırlar. Bu da əslində Ermənistan cəmiyyətinin böyük bir hissəsinin əslində sülhə hazır olmadığını və fürsət yaranarsa, Azərbaycana qarşı yenidə ərazi iddiaları ilə çıxış etmək niyyətində olduqıarını açıq bir şəkildə göstərir. Yəni bu gün Ermənistanda etiraz edən kəsim əslində gələcək müharibənin anonsunu verməkdəddirlər ki, bu da iki ölkə arasında kövrək sülh danışıqlarını təhlükə altına atır.

Samir Hümbətov: “Hər vəziyyətdə Azərbaycanın regionla bağlı verəcəyi qərar regionun gələcəyinə təsir edir. Ona görə də düşünürəm ki, baş verən qarşıdurmalar, mitinqlər, etiraz aksiyaları müəyyən bir yerdə qırılma nöqtəsin yaşayacaq”.

Fransa da, İran da Ermənistanı sürətli silahlandırır və Yerevan Yunanıstandan silah alır və s. Bunlar hamısı gözlə görünən hadisələrdir. Təbii ki, regionda geosiyasi qarşıdurmanın qarşısını almaq və sabitliyi bərqərar etmək üçün addımlar atılmalıdır. Lakin təəssüf hissi ilkə qeyd etməliyəm ki, hazırda gedən proseslər heç də yaxşı heç nə vəd eləmir. Amma bu baş verənlər o demək deyil ki, proseslərin qarşısını almaq mümkün deyil. Bunun üçün sadəcə qarşlıqlı iradə və etimad ortaya qoyulmalıdır.

Görünür həm Ermənistanda, həm Gürcüstanda dövlət başa düşür ki, baş verən hadisələri hökumət birdən-birə boğa da bilməz. Çünki bu daha geniş rezonans yarada bilər. Gürcüstandakı vəziyyət sırf Qərblə bağlı olan məsələdir və Qərbdə hesab edirlər ki, belə bir qanun qəbul etməklə əslində Tbilisi Qərb dəyərlərindən imtina edir və Rusiyadan gələ direktivlərə əsasən davranır. Halbuki Gürcüstan hakimiyyəti xarici təsirlərin səviyyəsini aşağı salmağa çalışır.

Ermənistanda isə Azərbaycanla bağlı məsələdir. Burada daha çox kilsə var, “Qarabağ klanı” var. Onların qarşısında isə Paşinyan və Qərbə inteqrasiya cəhdləri var. Burada da kilsəyə və “Qarabağ klanı”na Rusiyanın dəstəyi açıq şəkildə ortadadır. Yəni Gürcüstan hakimiyyəti Qərbə qarşı göründüyü halda, Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxış edur və etirazlar da bu fonda baş verir. Bu da regionda geosiyasi qarşıdurmanın nə qədər gərgin olduğunu göstərir. Artıq səhnə arxasındakı xarici hücumlar özlərini belə gizlətmək isətmirlər.

Mən düşünürəm ki, geosiyasi qarşıdurma, yəni bu baş verən hadisələr regiona müsbət nəsə vəd etmir. Amma hər halda bunun yekunu olacaq. Yaxın vaxtlarda biz regionla bağlı yeni vəziyyətin yaranacağına düşünürük. Ən azından gedən proseslərdə Ermənistan-Azərbaycan arasında delimitasiya, demikrasiya prosesinin aparılması müsbət hallardır və bunun davamı da gəlməlidir. Biz bunun davamını hər mənada hiss etməliyik. Hər halda sülh prosesinə getmək asan məsələ deyil. Onun bəzi detalları, incəlikləri var. Hesab edirım ki, Gürcüstan hakimiyyəti də ortaq nöqtəni tapmaq üçün hər şeyi edəcək.

Hər vəziyyətdə Azərbaycanın regionla bağlı verəcəyi qərar regionun gələcəyinə təsir edir. Ona görə də düşünürəm ki, baş verən qarşıdurmalar, mitinqlər, etiraz aksiyaları müəyyən bir yerdə qırılma nöqtəsin yaşayacaq. İndi hələki proseslər öz axarı ilə davam edir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Ən çox oxunanalar