Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Matvienko: Rusiya aktivlərinin müsadirəsi Avropa biznesinə zərbə vuracaq...

Avropa biznesi xaricdə dondurulmuş Rusiyanın aktivlərinin müsadirə edilməsi məsələsində öz sözünü deməlidir...

Poliqon xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyir.

Valentina Matvienko Moskvanın cavab tədbirlərinin sərt olacağı ilə hədələyib.

"Düşünürəm ki, Avropa biznesi öz sözünü deməlidir, çünki cavab tədbirlərimiz Avropa biznesinə ağır zərbə vuracaq. Ona görə də mən onlara belə qərarlar verməyi məsləhət görməzdim", deyə Matvienko "RİA Novosti" Agentliyinə müsahibəsində bildirib.

Spiker əmindir ki, ABŞ hakimiyyəti Avropanın rəqabət qabiliyyətini azaltmaq üçün xarici siyasəti ilə onu boğmaq istəyir. Onun fikrincə, "amerikalılar Avropanı yerə yıxdılar" və onu "vassala" çevirdilər.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə əks etdirən qanun layihəsini təsdiqləyib. Kreml əmindir ki, ABŞ-ın Ukraynaya yeni yardımı yalnız onu məhv edəcək. "Washington Post" yazır ki, Qərb Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində hələlik konsensusa malik deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar