Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Mnatsakanyan CNN-də özünü biabır etdi

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə oktyabrın 23-də görüşdən sonra CNN telekanalına müsahibə verib.

Aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakanyan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb.

Erməni nazir müsahibənin əvvəlində humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün bəhanələr tapmağa çalışıb. Lakin aparıcı Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb.

Mnatsakanyan xanım aparıcının sualı qarşısında özünü itirir, bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə cəhd edir. Ardınca Kristin Amanpur Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən “Qarabağ Ermənistandır və nöqtə” açıqlamasını yada salır və erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. Mnatsakanyan isə yenə suala cavab verməkdən yayınır və iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu düşünüb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti əks etdirən suallara cavab verərkən də biabırçı duruma düşmüşdü. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

loading...

Ən çox oxunanalar