Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”.

PİA.az xəbər verir ki, bunları Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək", - o qeyd edib.

"Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək", - deyə Vaqif Dərgahlı əlavə edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

Əli Həsənov Vüqar Səfərlinin həbsindən danışdı

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

“Yenə yalan danışırsan!” - Azərbaycanlı deputatdan Lavrova sərt cavab

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Murov dağının altından Kəlbəcərə tunel çəkilir - Rəsmi

Rəşid Mahmudovun xəstəxanadan fotosu yayıldı - Foto

Demoqrafik kollaps: Erməni əhali hara gedir və niyə?

Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

loading...

Ən çox oxunanalar