Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ yeni dünya müharibəsinin anonsunu verdi

Yaxın on il müddətində planetdə iqlim dəyişməsi səbəbindən qlobal hərbi münaqişə gözlənilir.

“Sputnik”ı xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dərc olunmuş məruzəsində deyilir.

“İqlim dəyişikliyininin fiziki nəticələrinin güclənməsi transsərhəd geosiyasi qaynar nöqtələrdə vəziyyəti pisləşdirə bilər, çünki dövlətlər öz maraqlarını qorumaq üçün addımlar atırlar”, – sənəddə qeyd olunur.

Müəlliflərin fikrincə, təxminən 2040-ci ildə dünyada “iqlim qarşıdurmaları” başlayacaq, ölkələr bu zaman bir-birlərinə qarşı quraqlıq və daşqın kimi təbii fəlakətləri gücləndirən texnologiyalardan istifadə etməyə başlayacaqlar.

Üstəlik, mütəxəssislərin fikrincə, gərginliyi qlobal istiləşmənin qarşısını almnaq üçün parnik qazları tullantılarının azaldılmasını nəzərdə tutan Paris razılaşmasının gerçəkləşməsi üzrə mübahisələr də artıra bilər.

“Ölkələrin əksəriyyəti çətin iqtisadi seçim qarşısında qalacaq, güman ki, texnoloji sıçrayışa ümid etməyə başlayacaqlar ki, tullantıları sonradan məhdudlaşdırsınlar. Temperaturun yüksəlməsi trayektoriyasını Çin və Hindistan müəyyənləşdirəcəklər”, – sənəddə vurğulanır.

Bundan başqa, müəlliflər inkişaf etməkdə olan dövlətlərdə ölkədaxili münaqişələrin artması riskini də önə çəkiblər, çünki həmin dövlətlərə yeni şərtlərə uyğunlaşmaq çətin olacaq.

Gələcəkdə iqlim müharibələrində mümkün qaynar nöqtələr kimi Konqo, Hind, Mekonq, Nil çaylarının hövzələri göstərilir. Çayların məcrasının dəyişməsi, yaxud axın istiqamətinin dəyişdirilməsi oralarda müharibəyə səbəb ola bilər.

Məruzədə qlobal iqlim dəyişikliklərinin daha güclü təsir göztərəcəyi 11 ölkənin adı çəkilir. Analitiklər onların sağ qalmaq üçün kritik variantlara əl ata biləcəyini deyirlər. Söhbət əsasən nüvə silahına malik Çin, Hindistan, Pakistan, eləcə də Əfqanıstan, KXDR, Myanma və Mərkəzi və Cənubi Amerikanın bir sıra digər dövlətlərdən gedir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar