Çərşənbə, 26 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mixeil Saakaşvili: "İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm"

"Mən İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm. Neft və benzinlə tədarük olunmağımız, həmçinin Milli Bankın tədarükü bir an belə dayanmadı. Bəli, mən “Spa Resort”da onunla görüşdüm. Bəli, mən bu günahı etmişəm və buna görə guya 11 il cəza çəkməliyəm. “Spa Resort”da idim, mən prosedurlardan keçirdim! Əvəzində Gürcüstanla sərhədi bağlamadılar! Gürcüstanda qazın qiymətini qoruyub saxladılar!"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında bildirib.

Saakaşvilinin sözlərinə görə, dövlət pulları Abxaziya və Cənubi Osetiyanın işğalının qarşısını almaq üçün xərclənib.

"Biz Taylandda idik. Rusların çamadanlarla pulları gətirdikləri, Nauru və bir çox bu kimi ada dövlətlərindən tanınmalar aldıqları çox çətin bir dövr idi. Bildiyimə görə, Tuvalunun tanıması bir milyon dollara başa gəlib. Nyu-Yorkdan Soçiyə, sonra isə Suxumiyə gətirilən Tuvalunun baş nazirinə birbaşa çamadanı verdilər. Bu vəziyyətdə bizə Avstraliya hökuməti kömək edirdi. Səhv etmirəmsə, Şimali Koreyada sammit oldu və Avstraliya hökuməti bizə dedi ki, bir neçə baş naziri, nazirləri ona qədər harasa aparın, qeyri-rəsmi vəziyyətdə danışın, sizin üçün yaxşı olar. Taylandı seçdik, bu insanları gətirdik, hər birinə çox qiymətli hədiyyələr verdik, mən bunu cibimdən verə bilməzdim, mənim pulum yox idi. Bu, Abxaziya və Cənubi Osetiyanın işğalını qanuniləşdirməmək üçün Gürcüstanın, dövlətin pulu idi. Bu, təbii ki, rusiyapərəst hökumətin xoşuna gəlmir. Bəli, bunu ilk dəfə bu gün deyirəm. Biz onları gətirdik, yedirdik, içirdik və hədiyyələr verdik!

2008-ci ildə İlham Əliyevlə görüşəndə, əlbətdə ki, əyləncə prosedurunda deyildim! Mən İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm. Neft və benzinlə tədarük olunmağımız, həmçinin Milli Bankın tədarükü bir an belə dayanmadı. Bəli, mən Spa Resort-da onunla görüşdüm. Bəli, mən bu günahı etmişəm və buna görə guya 11 il cəza çəkməliyəm. “Spa Resort”da idim, mən prosedurlardan keçirdim! Əvəzində Gürcüstanla sərhədi bağlamadılar! Gürcüstanda qazın qiymətini qoruyub saxladılar", - deyə o söyləyib.

Onun sözlərinə görə, "ən böyük korrupsionerlər dünyanın ən məşhur antikorrupsiya fəalını mühakimə edirlər".

"Korrupsiya həqiqətən ölkəni yedi! Bu gün ən böyük korrupsionerlər dünyanın ən məşhur antikorrupsiya fəalını mühakimə edirlər! Mən Ukraynanın antikorrupsiya qanunları və Avropanın ən yaxşı antikorrupsiya xidmətlərindən birindəyəm. Siz bu insanı mühakimə edirsiniz!", - Saakaşvili bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi vəfat edib - Təfərrüat, Yenilənib

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - Yenilənib

“Moskva ildırımsürətli hücum hazırlayıb, hədəf paytaxtı tutmaqdır..” 

Qərb ölkələri Ukraynadan diplomatlarını çıxarır... - Böyük müharibənin astanasındayıq?..

"Putinin yerinə olsaydım, Ukraynanı çoxdan ələ keçirərdim" - Kadırov

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara və terrorçulara pul ayırır - Azərbaycan isə susur?..

DGK əməkdaşları ilə əlaqədar 20-yə yaxın korrupsiya faktı aşkar edildi

10 minlərlə şagirdi saxta məlumatlarla “zəhərləyənlər” kimlərdir? - Sensasion faktlar

Ən çox oxunanalar