Şənbə, 18 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı keçirilib

APA-nın məlumatına görə, qurultayda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr üzrə İdarəsinin müavini Anton Rıbakov, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, AzərbaycanBakı Yeparxiyasının arxiyepiskopu Vladıka Aleksandr və başqa qonaqlar iştirak ediblər.

Qurultayı ARİ-nin sədri, Milli Məclisin deputatı Mixail Zabelin açıb.

O qeyd edib ki, V qurultay ərəfəsində icmanın bütün şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib, yığıncaqlarda ARİ-nin tərkibinə 280 nümayəndə seçilib.

M.Zabelinin sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı yolu bu gün prezident İlham Əliyev uğurla davam etdirir: “Onun fəaliyyəti Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Rus İcmasının V qurultayı Azərbaycanda iqtisadi, sosial və siyasi stabillik şəraitində keçirilir. Müasir Azərbaycan əmin şəkildə inkişaf edir, ölkədə nəhəng infrastruktur və regional layihələr gerçəkləşir”.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan İcma sədri Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin bu münasibətlərin inkişafına böyük təkan verəcəyini də diqqətə çatdırıb: “Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” mükafatına layiq görülməsi hər iki ölkə arasındakı yüksək dostluq və qarşılıqlı etimada sübutdur”.

Qurultayda ARİ-nin ötən dövrdəki fəaliyyəti barədə hesabat dinlənilib, İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib.

M.Zabelin yekdilliklə qarşıdakı beş il üçün İcmanın sədri seçilib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Mixail Zabelin


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay