Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Mişustin iddia olunan Ermənistan səfəri... - Rusiya neytral mövqeyindən geri çəkilib?

Artıq Rusiya neytral mövqeyindən geri çəkilib və Azərbaycana qarşı Ermənistana yardım edəcək?..

“Ola bilsin ki, Rusiya Ermənistanla münasibətlərinin tam pozulmaması üçün diplomatik addım atıb”.

“Bildiyimiz kimi Ermənistanla Rusiya arasında həm ikitərəfli müttəfiqlik sazişi var, həm də Ermənistan Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla bağlı təkcə Ermənistan hökuməti tərəfindən deyil, eyni zamanda erməni diasporu və xüsusən Rusiyada yaşayan erməni diasporası tərəfindən ciddi basqılar var”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustinin də olması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də olub.

Müharibə getdiyi bir dövrdə bu səfərin məqsədi nə ola bilər? Demək olarmı ki, artıq Rusiya neytral mövqeyindən geri çəkilib və Azərbaycana qarşı Ermənistana yardım edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Ola bilsin ki, Türkiyə və Rusiyanın iştirakı ilə hansısa yeni danışıqlar formatının yaradılması və yeni təkliflərin müzakirəsi forması başlayıb”.

Rusiyanın Ermənistanla münasibətlərinin tam pozulmaması üçün diplomatik addım atdığını düşünən Sülhəddin Əkbər bildirib ki, Azərbaycan hadisələri yaxından izləməlidir:

Azərbaycan hadisələri yaxından izləməlidir. Bildiyimiz kimi Ermənistanla Rusiya arasında həm ikitərəfli müttəfiqlik sazişi var, həm də Ermənistan Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bununla bağlı təkcə Ermənistan hökuməti tərəfindən deyil, eyni zamanda erməni diasporu və xüsusən Rusiyada yaşayan erməni diasporası tərəfindən ciddi basqılar var. Bu baxımdan ola bilsin ki, Rusiya Ermənistanla münasibətlərinin tam pozulmaması üçün diplomatik addım atıb.

O da nəzərə alınmalıdır ki, bu gün qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. Ola bilsin ki, Türkiyə və Rusiyanın iştirakı ilə hansısa yeni danışıqlar formatının yaradılması və yeni təkliflərin müzakirəsi forması başlayıb. Hesab edirəm ki, bunu da gözdən qaçırmamaq lazımdır”.

Qeyd edək ki, bu açıqlama hazırlanarkən Rusiyanın Baş naziri Mixail Mişustinin oktyabrın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclasında iştirak etmək üçün Yeravana gələcəyi barədə rəsmi xəbər yayıldı.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar