Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Mitinqlərin səbəbi Qazaxıstanda daxili-siyasi rəqabətdir”

Son zamanlar Qazaxıstanda Çinə qarşı mitinq keçirmək populyar və dəbdədir...

Yevgeniya Kim

regnum.ru, 11.09. 2019

Qazaxıstan politoloqu Maksim Kaznaçeyev Qazaxıstanda Çin müəssisələrinə qarşı bu yaxınlardakı silsilə mitinqlərin səbəbləri haqda REGNUM İA-ya danışıb.

-Qazaxıstanda gedən mitinqlər xaricdən törədilən prosesdir, yoxsa daxili münaqişənin təzahürüdür?

-Əlbəttə, xarici izi izləməyə cəhd etmək olar. Axı Çinin Mərkəzi Asiyada iştirakını məhdudlaşdırmaq xarici oyunçuların hamısına əlverişlidir. Bu, bütünlükdə ABŞ və Qərb ölkələrinin iş məntiqinə sığışır. Layihələri dondurmaq Rusiyaya qismən əlverişli ola bilər. Axı iqtisadi sahədə məhdudlaşdırma bölgədə Çinin maraqlarını yeridən siyasi qərarlar almaq sahəsində məhdudiyyətləri ifadə edəcək. Xatırladım ki, Kreml Mərkəzi Asiyanı ənənə üzrə özünün təsir sahəsi sayır. Bundan savayı, bölgədə güclü Çinə də ehtiyacı olmayan Türkiyə və İranı unutmaq lazım deyil. Çin hətta təhlükəli ola bilər. Amma gedən mitinqlərin ancaq “xarici sifarişi” ndən danışmaq düzgün deyil. Bu formatda etirazlar ölkənin daxili-siyasi mətbəxində hazırlanır. Məsələn, 2016-cı il antiçin mitinqlərinin özü. Çıxış edənlər o zaman torpaqları Çinə icarəyə verməyə qarşı idilər. Yadınızdadırsa, məsələ moratoriumla bitdi.

Amma, gəlin, dərinə – elitadaxili astar üzə baxaq. O zaman baş nazir Kərim Məsimov postunu itirdi. O, başqa bir mövqeyə keçdi. Bu məsələyə baxan profilli iqtisadiyyat naziri dövlət qulluğundan müvəqqəti uzaqlaşdırıldı. Yəni antiçin mövzusu dalğasında nüfuz dairələrinin təkrar bölgüsü baş verdi. İndi bu antiçin trendi saxlanır. O, ümumiyyətlə, Qazaxıstanda çox populyardır. Az qala, adamlar bir-birini Pekinin maraqlarına işləmkdə ittiham etməyə başlayırlar.

-Qazaxıstandakı mitinqlərin coğrafiyasının mənası ola bilər?

-Əlbəttə. Qərbi Qazaxıstan bu baxımdan bərəkətli meydandır. Orada Çin yatırımçıları son dərəcə çoxdur. Onlar çoxdan işləyirlər, onlara münasibət birmənalı deyil. Əlbəttə, bunda qismən onların özləri günahkardırlar. Amma nəticədə görürük ki, Çin layihələri haqda belə mitinqlər Qasım-Jomart Tokayevin imicini vurur və ən başlıcası, Nursultan Nazarbayevin imicinə təsir edir.

Ən sadə sual yaranır – prezident və Təhlükəsizlik Şurasının sədri Çin lideri ilə necə söhbət edəcəklər? Yəni onlar böhran vaxtı bu layihə və yatırımları basıb əyiblər və sanki uzlaşıblar. Amma yekunda belə çıxır ki, çinli tərəfdaşların Qazaxıstanın xarici siyasət addımlarına inamı sarsılıb.

Beləliklə, 2016-cı ildən sonra durum Pekinə artıq ikinci dəfə göstərir ki, Nur-Sultanla iş görmək çətindir. Çünki şübhələr var ki, hakimiyyət özünün bölgə siyasətinə, ya da siyasətçilərə nəzarət etmir. İndiki halda qərbi qazaxıstanlılara.

-Siz daxili və xarici amilləri sadaladınız. Mitinqlərin səbəbi bunun hansıdır?

-Mitinqlərin səbəbi Qazaxıstanda daxili-siyasi rəqabətdir. Qərbi Qazaxıstanın elitaları fəaliyyətdəki prezident Qasım-Jomart Tokayevə və ölkənin keçmiş başçısı Nursultan Nazarbaeyvə eyham vururlar ki, bütün bu layihələrdən öz piroq paylarını almaq və bütünlükdə elitadaxili statusu yüksəltmək istəyirlər.

Xarici amil həlledici deyil. Bu, daha çox müşayiətedici məqamdır. Xüsusən də son zamanlar Qazaxıstanda Çinə qarşı mitinq keçirmək populyar və dəbdədir.(Tərcümə Strateq.az)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı — Video

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama

Elmar Məmmədyarov danışdı: "Mənim istefa verməyimə gəlincə..."

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

Nizaminin İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — Fotolar

Onların övladları niyə hərbiçi yox, polis olur? 

Sabahdan karantin rejimi daha da sərtləşdiriləcək

Azərbaycanda bankda kütləvi yoluxma — 50 nəfər karantinə alındı

İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

loading...

Ən çox oxunanalar