Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Miss Azərbaycan-2022”nin qalibinin yeniyetməlik fotosunu kim yayıb?

“Hazırda əhvalım çox yaxşıdır. Sosial şəbəkələrdə kinli, çirkli fikirlər səsləndirilməsinə baxmayaraq, qələbənin dadını çıxarıram. Yayılmış yeniyetməlik şəklim isə, ümumiyyətlə, ailə arxivimizdə yoxdur. Bu şəkil əməlli-başlı fotoşop olunub və ən pis tərəfilə təqdim edilib. Uşaqlıq şəkillərimi çox rahat şəkildə paylaşa bilərəm və bu səbəbdən də deyirəm ki, müzakirələrə səbəb olan fotonun mənimlə birbaşa əlaqəsi yoxdur. Bizdə az adam bu yaş dövründə gözəlliyi ilə öyünə bilər. İndi internetdə hər hansı məşhurun uşaqlıq şəklini tapıb görə bilərik ki, o, bu müddət ərzində necə dəyişilib. İndiki şəkillərimi paylaşsınlar, rəylərə baxsınlar. Fotomu paylaşan şəxs özünün bütün estetik əməliyyatlarından əvvəl necə göründüyünü görmək istərdim… Əlbəttə ki, söhbət keçən il “Miss Azərbaycan”nın qalibi seçilən Milan Babayevadan gedir. Şəklim məhz o, paylaşdıqdan sonra yayıldı.”

Bunu Pravda.az-a açıqlamasında “Miss Azərbaycan-2022”nin qalibi seçilən Nurlana Vəliyeva deyib.

“Modellikdən əvvəl peşəkar səviyyədə kamandan oxatma, daha sonra isə tapançadan güllə atıcılığı ilə məşğul olmuşam. Hətta kaman atıcılığı üzrə Azərbaycan yığmasının heyətində də olmuşam. Bakıda keçirilən birinci Avropa oyunlarının iştirakçısı olmuşam. Yeri gəlmişkən, həmin vaxt burnumu əməliyyat etdirməmişdim, idmançı kimi müsahibələr vermişəm... Sadəcə, yarışlar zamanı burnumda deformasiya yaranması və nəfəsalmamda ciddi problemlərin olması səbəbilə rinoplastika əməliyyatı etdirmişəm və burada da pis heç nə görmürəm. Ümumiyyətlə, bunu gizlətməkdə də heç bir məna yoxdur. Məni tənqid edən insan özü estetik əməliyyatalarını gizlədir. Mən isə bunda bir məna görmürəm, əgər hər hansı əməliyyat etdirirəmsə, olduğu kimi deyirəm. Bunu niyə gizlədim axı?"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar