Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapıldı

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb

Birlikdən verilən məlumatda bildirilir ki, S.Nəsirov dahi şairin əlyazmalarını onunla bağlı apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə ("Dər əl-Kutub əl-Misriyyə") aşkarlayıb.

Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib. Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılıb. Bu külliyat şer və nəsrdən ibarətdir. Şerlərin çoxu rubai və məsnəvi üslubunda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.

S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, sonu eyni hərflə bitən ayrı-ayrı şerlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəqş olunub.


Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şerlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 sm, sayı səksən altıdır.

Birlikdən o da bildirilib ki, S.Nəsirov 20 ildən çoxdur, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.

Qeyd edək ki, “Misir Kitablar Evi” "(Dər əl-Kutub əl-Misriyyə") dünyanın ən məşhur kitabxanalarından biridir.

pia.az


Etiket: NƏsimi əlyazma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar