Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirdə fironun 2 200 il yaşı olan sərdabəsıi tapıldı

Misir arxeoloqları firon IV Ptolemeyin 2 200 il yaşı olan və uzun müddətdir axtarılan sərdabasını tapıblar...

Qədim sərdaba tikinti işçilərinin şimaldakı Sohag rayonunun Tama qəsəbəsində yerləşən Kom Şakav kəndində apardıqları qazıntı zamanı təsadüfən aşkar edilib.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatına görə, arxeoloqların həmin sərdabanın firon IV Ptolemeyə aid olması barədə rəyindən sonra ərazidə tikinti işləri dayandırılıb. Belə ki, alimlər burada Ptolemey sülaləsinin dördüncü fironunun təsviri və qədim Misir əlifbası ilə yazılmış mətn olan lövhələri aşkar ediblər. Lakin onlar hələ sərdabanın şimal-cənub divarlarını üzə çıxara bilməyiblər. Məbədin şərq-qərb divarlarının üzərində isə hər il Nil çayının daşması üçün dua edilən Hapi tanrısının quşların və çiçəklərin əhatəsində təsviri aşkar edilib.

IV Ptolemeyin eramızdan əvvəl 221-204-cü ildə Misir fironu olduğu ehtimal edilir. Onun hökmranlığı o qədər də uğurlu olmayıb və fironun dövləti idarə etməkdən daha çox, incəsənətə meyilli olduğu bildirilir. Tapılan qədim mətndə qeyd olunur ki, IV Ptolemeyin dövründə ən böyük gəmi inşa edilib. "Tessarakonteres" (qırx) adlanan bu gəminin 40 avar bölməsi və 4 min avarçəkəni olub.

Qeyd olunub ki, bu sərdabanın aşkar edilməsi Misirdə arxeoloji tapıntılar seriyasının davamıdır. 2004-cü ildə Almaniya və Misir arxeoloqlarından ibarət qrup Nil çayının deltasında qranit lövhə tapıblar. Bu lövhə təsdiq edib ki, Yuli təqviminə keçilməsinə təşəbbüs Yuli Sezardan hələ 200 il öncə göstərilib. Müasir Əz-Zəkəzik şəhəri yaxınlığındakı tarixi Tell-Bəstə (qədim Bubastis) rayonunda tapılmış bu daş sütun hökmdar III Ptolemey Evergetin (e.ə. III əsr) hökmranlığı dövrünə aiddir. Daş lövhədə qədim yunan dilində hökmdarın gördüyü işləri vəsf edən mədhnamə həkk olunub. Bundan başqa, bu yaxınlarda Giza Kom Ombo sfinksinin yaxınlığındakı Dahşur nekropolunda Ptolemey sülaləsinin hökmranlığı (e.ə. 323-30-cu illər) dövrünə aid səkkiz mumiya da tapılıb. Asvan yaxınlığında yerləşən qədim məbəddə isə Sobek timsah tanrısının heykəli tezliklə turistlərin gəldiyi Şarm-əl-Şeyx qəsəbəsindəki muzeyə qoyulacaq. Açılışı çoxdan gözlənilən Böyük Misir Muzeyinin eksponatları da tamamlanmaq üzrədir və onun 2020-ci ilin ortalarında paytaxt Qahirədə qapılarını ziyarətçilərə açması nəzərdə tutulub. (publika.az)

pia.az


Etiket: IV Ptolemey


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar