Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir Mərdanov: “Yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”

“Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”

Bunu “Report”a açıqlamasında institutun səlahiyyət müddəti başa çatmış direktoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.

“Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov “Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” deyib.

O, səhhətinin normal olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.

Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

pia.az


Etiket: Misir Mərdanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar