Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİQ-29-la qəzaya düşən pilotun xanımı:"Nə baş verdiyini hələ də anlaya bilmirəm"

Bu sözləri Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib

“Çox vətənpərvərdi. Sənətini, işini çox sevir. Nə baş verdiyini hələ də anlaya bilmirəm. Məni bağışlayın, danışa bilmirəm…”

Pia.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında dünən gecə saatlarında Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya düşən pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.

Göz yaşları ilə sözünün davamını gətirə bilməyən K.Atakişiyeva həyat yoldaşının sağ-salamat qayıdacağına ümid etdiyini bilirib.

Qəzaya uğrayan hərbçinin qayınatası sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hadisənin təfərrüatları haqda bunları deyib:

“Axtarışlar ciddi şəkildə davam etdirilir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, hətta əhali belə axtarışlara cəlb olunub. Biz də ümidlə yaxşı xəbər gözləyirik. Bizə də hadisənin necə baş verməsi haqda ətraflı heç nə demirlər”.

Q.Hüseynli kürəkəninin peşəkar hərbçi oluğunu da qeyd edib: “Rəşadın 34 yaşı var. Heydər Əliyev adına Hərbı Akademiyanın məzunudur. Yüksək səviyyəli pilotdur. Yaxşı hərbi təlim keçmişdi. Hərbi hissə komandirinin müaviniliyinə qədər yüksəlib . Türkiyədə keçirilən təlimlərın olub. TÜRKAP hərbi təlimlərinin hamısında iştirak edib. Hərbi hissədə də hamının yanında hörmət qazandığını görürəm. Hamısı peşəkarlığından danışırlar”.

Q.Hüseynli bildirib ki, R.Atakişiyev gecə təlimində yalnız olmayıb: “Onunla yanaşı, daha iki təyyarə havaya qalxıb. Amma adətən “Miq-29”lar tək adamlıq oluğundan təyyarədə yalnız olub. Komandiri də onunla eyni vaxtda təlimdə iştirak edib. Gecə döyüş hazırlığı təlimində düşmən təyyarəsinə hücumun variantlarını sınaqdan keçiriblər. Digər iki təyyarə yerə enib. Amma Rəşadın olduğu təyyarə radarda itib”.

Qabil Hüseynli də pilotun tapılaçağına ümid etdiyini bildirib: “Ümidimiz Allahadır. Səbirlə axtarışların sonunu gözləyirik”.

Qeyd edək ki, Rəşad Atakişiyevin iki oğlu var.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar