Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - Detallar

Prezident İlham Əliyev dekabrın 1-də Laçının azad olunması ilə bağlı xalqa müracətində münaqişənin tənzimlənməsi prosesinin gedişatı ilə bağlı bir sıra olduqca önəmli ismarıclar səsləndirdi, bir sıra önəmli məqamlara toxundu.

PİA.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, hər kəsə bəlli idi ki, münaqişənin tənzimləmə prosesində baza prinsipləri müzakirə predmeti idi və baza prinsiplərində də “5+2” variantında rayonların azad olunması məsələsi müzakirə edilirdi:

“Cənab Prezident xalqa müraciətində həmin prosesin detallarına toxundu və qeyd etdi ki, ilkin olaraq 5 rayonun qaytarılmasından söhbət getsə də 2 rayonun, yəni KəlbəcərLaçının qaytarılması məsələsində ATƏT-in Minsk qrupu qeyri-adekvat davranış ortaya qoyurdu, deyirdilər ki, “siz müharibədə məğlub dövlətsiniz və 5 rayon sizə verilirsə, bu çox böyük hadisədir”, 2 rayona gəldikdə isə şərt irəli sürürdülər ki, Dağlıq Qarabağın taleyi, statusu müəyyən edilir, yəni faktiki olaraq Dağlıq Qarabağ Azərbaycandan qoparılır, əvəzində isə Kəlbəcərin Azərbaycana verilməsi deyilir, Laçın məsələsi isə yenə də həllini tapmamış məsələ kimi qalırdı və Laçın dəhlizi məsələsində yenə də Ermənistanın maraqları nəzərə alınırdı. Faktiki olaraq Laçının da Azərbaycana verilməsi müşkül məsələ idi. Bütün bu detalları cənab Prezident xalqa müraciətində açıqladı".

Deputat ın sözlərinə görə, bütün bunlar göstərir ki, əslində beynəlxalq təşkilatlar, xüsusilə Minsk qrupu münaqişəni Ermənistanın maraqları əsasında həll etməyə cəhd edirdi: "Beynəlxalq təşkilatların münaqişənin həllində mövqeləri ikili standartlardan irəli gəlirdi. Heç bir halda onlar təcavüzkara təzyiq göstərib onu beynəlxalq hüquqi müstəvidə münaqişənin həllinə cəlb etmək istəmirdi, əksinə Azərbaycanın kompromisə getməsini istəyirdilər, Azərbaycanın maraqlarının ziddinə olan bir mövqe ortaya qoyurduar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı heç bir addım atmır və beləliklə niyyətləri o idi bu münaqişə dondurulmuş vəziyyətdə qalsın. Beləliklə də işalçı tərəfdə bir arxayınçılıq sindiromu formalaşmışdı və növbəti təxribatlar törətməyə şirniklənirdi.

Təbii ki, Azərbaycan bununla heç zaman razı ola bilməzdi. Son sözü isə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu dedi. 44 günlük müharibədə Azərbaycan tarixi qələbəyə imza atdı və yeni reallıq yaratdı. O reallıqlar ki, həm Ermənistan, həm də beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu razılaşmağa məcbur oldu”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

Ən çox oxunanalar