Bu barədə ATƏT-dən məlumat verilib...
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günkü birgə video-konfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirir.
Məsləhətləşmələrin gedişatında iştirakçılar qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar həmçinin Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər.(report)
pia.az