Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk 2019”un 3-cü günü: Atletlərimiz 6 növ üzrə mübarizə aparacaqlar

İyunun 23-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının üçüncü günündə atletlər idmanın 12 növü üzrə mübarizə aparacaqlar

Bu gün ümumilikdə idmanın doqquz növündə medalların sahibləri müəyyənləşəcək.

Oyunların üçüncü günündə Azərbaycan idmançıları akrobatika gimnastikası, bədii gimnastika, boks, cüdo, sambo, şose velosipedi yarışlarında iştirak edəcəklər.

Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında mübarizə aparacaq. Ötən gün millimizin aktivinə bir gümüş və bir bürünc medal yazdıran gimnastlarımız bu gün də medal qazanmağa çalışacaqlar.

Bədii gimnastika üzrə yığma komandamız üç növdə – üç dairə və dörd gürzlə, beş topla, həmçinin çoxnövçülük üzrə qrup hərəkətləri yarışlarında medallar uğrunda mübarizə aparacaq.

Kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (49 kq) 1/8 finalda İsrail təmsilçisi David Alaverdiyan ilə qarşılaşacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Məsud Yusifzadə (52 kq) isə ukraynalı Dmitro Zamotayev ilə görüşəcək. Bəxtiyar Qazıbəyov (64 kq) isə 1/16 finalda Niderland idmançısı Enriko Lakruz ilə üz-üzə gələcək. Həmçinin ötən gün 1/16 finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksələn Kamran Şahsuvarlı (75 kq) bu gün İrlandiya təmsilçisi Maykl Nevin ilə rinqə çıxacaq.

“Minsk 2019”da Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucovun (73 kq) 1/32 finalda rəqibi Monteneqro idmançısı Sedriç Bessi olacaq. Bu çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Hidayət Heydərov macarıstanlı Miklos Unqvarini məğlub etməyə çalışacaq. Qadın cüdoçularımızdan Nuriyyə Axundova (63 kq) isə 1/32 finalda rumıniyalı Adelina Dobre Stefania ilə qarşılaşacaq.

Sambo yarışlarında üç idmançımız 1Ə4 finalda mübarizə aparacaq. Ağasif Səmədov (52 kq) litvalı Gintaras Katkus, Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidis, Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpor ilə üz-üzə gələcəklər.

Şose velosipedi yarışında isə ölkəmizi Elçin Əsədov təmsil edəcək.

Xatırladaq ki, “Minsk 2019”un birinci günündə Azərbaycan idmançıları 1 gümüş və 3 bürünc medal qazanıblar. Komandamız medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar