Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Minimum maaşın artımı niyə problem yaradır?

Hökumət rəsmiləri 2022-ci ildən minimum əməkhaqqının artacağını vəd edir. Hazırda minimum əməkhaqqı 250 manatdır.

Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərinin minimum əməkhaqqının məbləğinə bağlı olduğunu xatırladaraq yazır: “Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş qüvvədədir. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi, digər şəhərlərdə 80 faiz həddi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi, kənd yerlərində 50 faiz həddi tətbiq olunur.

Bu il oktyabrın 1-nə olan rəsmi statistikaya görə, 1 milyon 142 min nəfərdən çox şəxs fərdi sahibkar kimi qeydiyyatdan keçib. Onların 800 minə yaxını aktiv DSMF ödəyicisidir. 2022-ci ildə minimum əməkhaqqı 30 faiz artsa, avtomatik olaraq DSMF-yə ödənişlər də artacaq.

“Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan bu bağlantı kökündən yanlışdır. VÖEN-lə çalışanlar DSMF-yə ödənişlərdən əziyyət çəkirlər. Minimum əməkhaqqının artımı onlara birbaşa təsir göstərir, ona görə də təcili şəkildə qanunvericilikdə dəyişiklik edilməli, fərdi sahibkarların DSMF-yə ödənişlərinin minimum əməkhaqqına bağlantısı aradan götürülməlidir.

Fərdi sahibkarlar üçün ya fiksə edilmiş ödəniş olmalı (məsələn, aya 25 manat), ya da dövriyyədən, gəlirlərdən asılı olaraq ödənişlər dəyişməlidir.

İkinci məsələ odur ki, belə primitiv iqtisadi modeldə əməkhaqqının və sosial ödənişlərin artımı mütləq qiymətləri də artırır, inflyasiyanı yüksəldir. Tək əməkhaqqının və sosial ödənişlərin artırılması yetərli deyil, həm də iqtisadi sistemdə ciddi dəyişiklik olmalıdır ki, artım inflyasiyanın yemi olmasın”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

ABŞ-ın Ərdoğanı devirmək planı - Bakı Türkiyənin yanında yer almalı

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək?

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Ən çox oxunanalar