Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi məlum oldu - Oliqarx oğludur

İspaniyanın İbiza adasında hücum məruz qalan azərbaycanlı turistin kimliyi məlum olub

Xarici KİV həmin soyğunçuluq hadisəsində 22 yaşlı azərbaycanlının 1 milyon funt-sterlinqlik ( 2,167,600 AZN) saatı oğurlandığı barədə xəbər dərc edib.

Xəbərdə qeyd edilir ki, hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gəncin yanında dostu olub.

Həmyerlimiz hadisə ilə bağlı polisə məlumat verib. Hazırda araşdırma gedir.

Qeyd edək ki, oğurlanan saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir.

Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, "50-03 McLaren F1” cəmi 40 qramdır.
Əldə etdiyimiz məlumata görə isə hücuma məruz qalan şəxs "Nortqaz" şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes" jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.

Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, Fərhad Əhmədovun oğlu bir müddət öncə də mətbuatın diqqətində olmuşdu. Belə ki, 27 yanvar 2017-ci il tarixində baş tutan Britaniya məhkəməsində Fərhad Əhmədov arvadının ona oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini qeyd etmişdi.(ölkə.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar