Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonluq mülk sahibi 4 N-li körpələr evinin müdiri ilə Mübariz Qurbanlını nə bağlayır?

Baxça müdiri Lətafət Quliyevanın komitə sədrinin həyat yoldaşı olduğu iddia edilir

Azərbaycanda məmurların böyük əksəriyyətinin dövriyyəsi milyonlarla ölçülən biznesə, obyektlərə sahib olması barədə mətbuatda xeyli yazılar yazılıb. Maraqlı məqam budur ki, həmin yazılar hələ indiyədək heç bir məmur tərəfindən təkzib edilməyib.

Əlbəttə ki, bütün bu bizneslərin böyük əksəriyyəti dövlətin büdcəsindən müxtəlif yollarla oğurlanan maliyyə hesabına əldə edilib.

Acınacaqlı məqam budur ki, bu cür korrupsiya faktları məktəbəqədər təhsil müəssisələrində, bağçalarda da baş verir.

AzFakt.com-un əldə etdiyi məlumata görə Bakıda obyektə sahib olan bağça müdirlərindən biri də Nərimanov rayonunda yerləşən. 4 N-li körpələr evi-uşaq bağçasının müdiri Lətafət Quliyevadır.

Aylıq maaşı 200-300 manat civarında olan bağça müdirinin Yeni Yasamal, 2-ci yaşayış massivində 3 mərtəbəli, ümumi sahəsi 700 kvadratmetrlik obyektinin hazırkı bazar qiyməti 1.5-2 milyon manat arasındadır.

Sadə bağça müdirinin bu cür böyük kapitalı necə əldə etməsi ortaya ciddi suallar çıxarır.

Məlumatda bildirilir ki, milyonluq mülk sahibi 4 N-li körpələr evinin müdiri Lətafət Quliyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlınının həyat yoldaşıdır.

Qeyd edək ki, məsələ ilə bağlı 4 N-li körpələr evi-uşaq bağçasının müdiri Lətafət Quliyevanın və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlınının münasibətini öyrənməyə çalışsaq da zənglərimizə cavab verən olmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar