Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonlarla insanın həyatına son qoyan epidemiyalar - Siyahı

Məlum olduğu kimi, hazırda dünyanın əsas müzakirə mövzusu ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana çıxan və sürətlə dünyaya yayılan koronavirusla bağlıdır...

Bugünə olan sonuncu məlumata görə, 2788-i Çində olmaqla, dünyada 2859 nəfər koronavirusdan dünyasını dəyişib. 83726 nəfərdə koronavirus aşkarlanıb ki, bunların da 8 mindən çoxunun vəziyyəti kritik hesab olunur.

Dünyada qeydə alınan sonuncu epidemiya kimi koronovirus bundan əvvəlki SARS epidemiyasından daha çox insanın ölümünə səbəb oldu. Kəskin tənəffüs çatışmazlığı sindiromu olan SARS 2002-ci ilin noyabrında Honk Konqdan başlayaraq 2003-cü ilin iyulunadək bütün dünyada 8422 nəfərə yoluxub 916 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı SARS epidemiyasında ölüm nisbətini 10.9% olaraq açıqlayıb.

Müasir dövrümüzün qorxulu epidemiyalarından biri də ilk dəfə 1976-cı ildə Sudanda ortaya çıxan Ebola virusudur. Ebola virusu sonuncu dəfə 2007-ci ildə Konqoda 187 nəfərin, 2012-ci ildə Uqanda və Konqoda 57 nəfərin həyatına son verib. Ümumdünya Səhiyyə Təşkilatı bu virusun beş müxtəlif tipinin olduğunu və ona yoluxanların həyatda qalma şansının 25%-dən 90%-dək dəyişdiyini açıqlayıb.

Tarixi nisbətən yeni olan təhlükəli epidemiyalardan biri də “Quş qripi” və ya “Toyuq vəbası” adlandırılan virus, həmçinin “Donuz qripi” adlandırılan virüs növlərilə bağlı olub. Ötən əsrdə ortaya çıxan bu viruslar alt tiplərinə görə beş qrip pandemiyası var. 1918-1919-cu illərdə H1N1 pandemiyasının 40-50 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir. Daha sonra, 1957-1958-ci illərdə (H2N2), 1968-1969-cu illərdə (H3N2) və 1977-1978-ci illərdə (H1N1) pandemiyaları yayılıb. Hal-hazırda H3N1 və H1N1 virusları bütün dünyada yayılıb. H5N1 virusu ilk dəfə 1983-cü ildə Amerikada görülüb. “Donuz qripi” dediyimiz A/H1N1 virusu sonuncu dəfə 2009-cu ildə Meksikadan başlayaraq 191 ölkədə 800 000 insana yoluxub və 8 238 nəfərin həyatına son qoyub.
Qeyd edək ki, dəhşətli epidemiyalar yalnız 20-ci əsrin bəlası deyil. Tarixin bütün dövrlərində dünyada minlərlə, milyonlarla insanın həyatına son qoyan epidemiyalar olub. Tarixdə bilinən və çoxsaylı insanın ölümünə səbəb olan epidemiyalardan biri “Afina vəba epidemiyası”dır. Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada eramızdan əvvəl 430-cu ildə baş verən bu epidemiya 426-cı ilə kimi davam edib. Epidemiya şəhər əhalisinin dörddə birinin (təxminən 30 min insanın) həyatına son qoyub. Epidemiyanın qurbanları arasında məşhur natiq və dövlət xadimi Perikl də olub.

Qədim dövrün qorxulu epidemiyalarından biri də eramızın 165-180-ci illər aralığında Roma imperiyasının ərazisində baş verən “Antonin vəbası” olub. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Epidemiya Roma imperatoru Mark Avreli ilə bərabər imperator Lusi Verinin də ölümünə də səbəb olub. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Kassius Dio öz yazılarında epidemiya zamanı Romada hər gün 2 000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25%-ə təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir.

Başqa bir epidemiya yenə də Ropma imperiyasında baş verib. 6-cı əsrdə baş verən birinci pandemiya tarixə “Yustinianın taunu” adı ilə daxil olub. Taun əvvəlcə Misirdə başlayıb, daha sonra Yaxın Şərq ölkələrinə yayılıb və Avropaya keçib. Bu pandemiya zamanı təxminən 100 min insan həytını itirib. 14-cü əsrdə baş verən “Böyük”, yaxud “Qara ölüm” adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci taun pandemiyası Çində başlayıb Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya yayılıb. Təkcə 1352-ci ildə Avropa əhalisinin 1/3 hissəsi - 25 milyon insan taundan məhv olub.

Taunun üçüncü pandemiyası 1894-cü ildə Honk konqda başlayıb və dəniz gəmilərindəki siçovullar vasitəsilə dünyanın 100-dən artıq limanında xəstəlik yayılıb. 12 milyondan artıq insan həyatını itirib.

Dünya tarixində öldürdüyü insanların sayına görə ilk sıralarda yer alan epidemiyalardan biri də vəbadır. Eramızdan əvvəl 5-ci əsrdə Hindistanda Qanq çayı deltasında yaşayan insanlar vəba haqqında yazıblar. Ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlayıb. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırıb. 2010-cu ilin okytabrdan 2015-ci ilin avqustuna qədər 700 000-dən çox haitili vəbaya yoluxub və 9000-dən çoxu dünyasını dəyişib. Vəba 19-cu əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoyub. Sadəcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişib. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150 000 amerikalının həyatına son qoyub. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişib. Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58 000 və 130 000 arası insan bu xəstəlikdən vəfat edir.

Bunlardan başqa 1914-1918-ci illər arasında “Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya 1-ci Dünya Müharibəsi qədər dəhşətli olub. “Yatalaq xəstəliyi” adlandırılan bu epidemiya zamanı Avropa və Asiyada 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü.(yeniavaz)

pia.az


Etiket: epidemiyalar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar