Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyoner diplomatımız – Xanım Nəsibova Türkiyədə tender kraliçasına çevrilib...

Hər zaman özünə “eğitim ateşesi” deyən, yarı azərbaycanca, yarı türkcə danışan Nəcibə Nəsibova biznesmen diplomat kimi 30 ilə yaxındır ki, səfirlikdə eyni vəzifəni daşıyır...

30 ildən yaxındır ki, Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə birinci katib vəzifəsində çalışan Nəcibə Nəsibova “Vadi İstanbul” adlanan Türkiyənin ən bahalı yaşayış komplekslərindən birində bütöv bir mərtəbənin sahibidir. Bu barədə PİA.az-a Türkiyədəki mənbələrdən məlumat daxil olub.

Bir neçə mənbə tərəfindən təsdiqlənən məlumata əsasən Nəcibə Nəsibovanın qızının şirkəti həmçinin Türkiyə bələdiyyələrinin keçirdiyi böyük tenderlərin qalibi olur. Tenderləri qazanmaq üçün Nəcibə Nəsibovanın Azərbaycan dövlətinin adından istifadə etməsi iddia olunur.

Əldə etdiyimiz məlumata əsasən xanım diplomatın qızı Nabat Qaraxanovanın “Mezo Digital” rəqəmsal marketinq şirkəti Türkiyənin onlarla bələdiyyəsinin elan etdiyi tenderlərin qalibi olub. Tenderləri qazanmaq üçün Nəcibə Nəsibovanın diplomatik əlaqələrindən istifadə etdiyi xüsusi olaraq vurğulanır. İddilara əsasən xanım diplomat Türkiyədə təhsil alan yüzlərlə tələbənin problemi ilə maraqlanmaq əvəzinə Azərbaycan dövlətinin adından və ona verilən səlahiyyətdən sui-istifadə edərək universitetləri, müxtəlif bələdiyyələri qızı Nabat Qaraxanovaya məxsus şirkətə tender verməyə məcbur edir. Nabat Qaraxanova bizneslə məşğul omazdan əvvəl İslam Təşkilatının Gənclər Forumunda çalışıb.

Onu da qeyd edək ki, “Mezo Digital” adlanan bu rəqəmsal marketinq şirkəti Azərbaycan dövlətinin mənafeyinə zidd bir şəkildə Türkiyə seçkilərində iştirak edən namizədlərin piarını aparır və Nəcibə Nəsibovanın qızı olan Nabat Qaraxanova şirkətin direktoru olaraq seçkiləri şərh etməkdən belə çəkinmir. Nəcibə Nəsibovanınn biznesi təkcə bununla da bitmir, qızı Nabat Qaraxanova çanta, geyim və ümumən moda sektorunda da boy göstərərək xanım Nəsibovanın ailə biznesini böyütməyə çalışır.

Qaynağımız onu da bildirib ki, Nəcibə Nəsibova həmçinin “Vadi İstanbul” adlanan Türkiyənin ən bahalı yaşayış komplekslərindən birində bütöv bir mərtəbəni satın alıb. Bu yaşayış kompleksində mənzillərin qiyməti 200 000 dollarla 500 000 min dollar civarında dəyişir. “Vadi İstanbul” yaşayış kompleksində həmçinin SOCAR Türkiyənin baş ofisi yerləşir.

Həmçinin xanım diplomatın İstanbulda, İzmirdə və Ankarada digər daşınmaz əmlakın sahibi olduğu da vurğulanır. Hər zaman özünə “eğitim ateşesi” deyən, yarı azərbaycanca, yarı türkcə danışan Nəcibə Nəsibovanın biznesmen diplomat kimi 30 ilə yaxın səfirlikdə eyni vəzifəni daşıması isə dimlomatik qaydalara ziddir. Amma buna baxmayaraq bir neçə Xarici İşlər naziri və səfir yola salan Nəcibə Nəsibova 1992-ci ildən Türkiyədəki səfirliyimizdə eyni vəzifəni daşımaqdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar