Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu

Milyarder oğlunun səhradakı toyu

23 milyard dollarlıq sərvətin varisi, britaniyalı milyarder Devid Rubenin kiçik oğlu –oğul Devid toyunu dünyanın istənilən sarayların birində keçirmək imkanına sahib olan şəxslərdən biridir. Ancaq o, toyunu qeyri-adi təmtəraqla təşkil edib.

Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, kolumbiyalı aktrisa Karolina Guerra ilə evlənən milyarder oğlu toyunu səhranın düz ortasında keçirib. Belə ki, toy ABŞ-ın Nevada ştatının Blek-Rok səhrasında, “Burning Man” festivalında baş tutub.

Mətbuat yazır ki, dəvətli qonaqlar toya qeyri-adi hippi libasında gəliblər. Bəy özü də toyuna köhnə Hollivud filmi "Oz ölkəsinin sehrbazı"-nın qəhrəmanı Dəmir Drovoseki xatırladan gümüşü kostyum geyinib. Gözəllik yarışmalarının keçmiş iştirakçısı olan 33 yaşlı gəlin isə qayışlardan tikilən "çılpaq" paltar seçib. Əslində bunu heç paltar da adlandırmaq olmazdı, çünki gəlinin çox az yerlərini örtürdü. Gəlinin ayağında isə platforma altlıqlı çəkməyə oxşayan nəsə olub.

"Gözəl bir qadın tərəfindən sevilməyim böyük xoşbəxtlikdir",- deyə Devid Ruben toyunda bildirib.

Bildirilir ki, musiqi şirkətinin icraçı direktoru olan 39 yaşlı Ruben Los-Ancelesdə yaşayır. Karolina isə Amerika serialındakı “Animal Kingdom” rolu ilə məşhurlaşıb.

Ruben ailəsi, İngiltərənin “Sunday Times” qəzetinin yazdığına görə, zənginlər siyahısında ikinci sırada yer yer almaqla bu ölkədə ən varlı ailələrdən biridir. Bəyin atası Devid və əmisi Simon dünyanın hər yerində daşınmaz əmlak sahibidirlər. Onlar habelə “Millbank Tower” göydələninə və Londondakı “Burlington Arcade” ticarət qalereyasına sahibdirlər.

Qardaşlar SSRİ-nin dövründən indiyə qədər o cümlədən Rusiyada bizneslə məşğuldurlar. Onlar on il ərzində tərəfdaşları ilə birlikdə (rusiyalı oliqarx Oleq Deripaska da daxil olmaqla) Rusiyada alüminium ticarətini nəzarətdə saxlayıblar. Eyni zamanda Ruben qardaşları Rusiyanın ən böyük alüminium zavodlarının birinə şərikdirlər.

Qardaşlar metallurgiya imperiyasını qoruyub saxlaya bilməyiblər, ancaq Avropada inşaat ticarəti ilə məşğul olmaqda uğur qazanıblar.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar