Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin və "Qarabağ"ın ev oyunları Azərbaycanda keçirilməyəcək

UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının AzərbaycanErmənistanda keçirilməməsinə qərar verib.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, qərar növbəti bildirişədək qüvvədə olacaq.

Təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib. Nəticədə AFFA və Ermənistan Futbol Federasiyasından beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri xahiş olunub.

UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin bugünkü qərarı AVRO-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar