Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin 5 futbolçusu “qumar işi”ndə - UEFA araşdırmalara başladı

AFFA 21 yaşlılardan ibarət yığmayla bağlı ciddi təhqiqata başlayıb...

Bir müddət əvvəl xəbər vermişdik ki, AFFA 21 yaşlılardan ibarət yığmayla bağlı ciddi təhqiqata başlayıb. Federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb.

Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa (0:5) külli miqdarda pul qoyuluşu edilib. Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb. Məlumat ciddi və düşündürücü olduğundan, UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib.

PİA.az xəbər verir ki, Sportinfo.az-a bununla bağlı yeni və kifayət qədər narahatlıq yaradacaq xəbər daxil olub.

Federasiyadan əldə etdiyimiz məlumata görə, Fransada meydana çıxan futbolçulardan 5-i günahlarını etiraf edib. Araşdırma nəticəsində məlum olub ki, onlara bukmeyker kontorlarıyla qeyri-leqal əməkdaşlıq eləyən insanlardan təklif gəlib.

Bundan yığma üzvlərinin əksəriyyəti xəbərdardır, sadəcə, 5 nəfər razılıq verib. AFFA-nın baş katibi Elxan Məmmədov hələlik adları gizli saxlanılan həmin 5 oyunçuyla təkbətək görüşüb.

Millinin formasını geyinənlər bildirib ki, matçın nəticəsinin "stavka"ya qoyulması təklifi onlara birbaşa gəlməyib. Belə ki, Premyer Liqa klublarında çıxış edən bir neçə futbolçu bu işdə "vasitəçilik missiyası"nı öz üzərinə götürüb.

Redaksiyamıza sızan daha bir informasiyaya görə, Elxan Məmmədov gənclərin adını verdiyi elita oyunçularını görüşə çağırıb və onlardan da bir sıra məlumatlar toplayıb.

Məlum olub ki, millimizin böyükhesablı məğlubiyyətinə qoyulan pul matçın fasiləsində 500 minə, ikinci hissənin ortasında isə 800 min dollaradək artıb.

Belədə təxminən bilinib ki, kələfin bir ucu hara və kimə gedib çıxır. Di gəl, AFFA araşdırmanın gedişatını maksimum dərəcədə gizli saxlayır və nəticələr məlum olsa da, ictimaiyyətə bu barədə açıqlamağa verməyə ehtiyat edir.

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), ardıcıl 3 oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesablarıyla uduzub. Komanda son turda Lixtenşteyndən revanşı eyni hesabla götürüb - 1:0.

pia.az


Etiket: UEFA AFFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar