Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın piketi ilə gündəmə gələn Maqsud Mahmudov psixi xəstədir?

Maqsud Mahmudov haqda sensasion sənədlər yayıldı...

Milli Şuranın piketi ilə gündəmə gələn Maqsud Mahmudovla bağlı sensasion məlumatlar yayılıb.

PIA.az xəbər verir ki, bu haqda materialı Criminal.az saytı yayıb. Sayt yazır ki, əldə edilən sənədlərdən məlum olur ki, M.Mahmudovun cinayət əməlləri 90-cı illərdən başlayıb. Onun ilk cinayət əməli 1993-cü ilə təsadüf edir. Həmin ildə o vaxtki Cinayət Məcəlləsinin 129-cu (Qadını evlənmək məqsədilə oğurlama), 108-ci (Döymə və işgəncə vermə) və 101-ci (Öldürməklə hədələmə) maddələri ilə məsuliyyətə cəlb edilib. İş üzrə barəsində məhkəmə-psixatrik ekspertizası təyin edilib.

Ekspert komissiyasının rəyi

Bu məqsədlə M.Mahmudov məhkəmə-psixatrik ekspertizası şöbəsinə göndərilib. Ekspert komissiyası belə qərara gəlib ki, M.Mahmudov cinayət törədərkən anlaqsız olub. Bundan sonra ona məcburi müalicəyə göndərilib. 09.07.1993-cü ildən 22.03.1994-cü ilə qədər məcburi müalicədə olub.

1999-cu ildə yenidən cinayət törədib və ona o vaxtki Cinayət Məcəlləsinin 146-cı (zərər çəkən şəxsin və ya onun yaxın adamlarının haqqında rüsvayedici məlumat yaymaq hədə-qorxusu ilə tələb etmə) və 220-ci (Odlu silahı diqqətsiz saxlamaqla həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olmuşsa) maddələri ilə cinayət işi açılıb.

Yenidən onun barəsində məhkəmə-psixatrik ekspertizası təyin edilib və komissiya rəy verib ki, M.Mahmudova "Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, psoxotopatabənzər sindromla və disforiyalarla doaqnozu" qoyulub. Buna görə də həmin cinayət əməlinə görə də anlaqsız hesab olunaraq məcburi müalicəyə göndərilib.

Ekspert komissiyasının rəyi

1 saylı Psixatriya Xəstəxanasında müalicə olunan M.Mahmudov oradan qaçıb. Sonra tutularaq yenidən məcburi müalicəsi davam etdirilib. M.Mahmudov 2000-ci ilin yayında Bakı şəhərində Əzizov Vidadi Əsgər oğluna məxsus Bakı şəhəri, Ş.Şamil küçəsi, 16 saylı evdə iki otaqdan ibarət ofisin özünə məxsus olduğunu Atayev Qəzənfər Əliməstan oğluna yalandan bəyan edib 21.000 ABŞ dollarına satmaq istədiyini və Qəzənfər Atayevin nəqd pulu olmadığını bildiyindən, həmin ofisi göstərilən məbləğdə qızıl zinyət əşyalarına dəyişməyə razılığını bildirib.

Məhkəmə qərarı

O, Q.Atayevin yaşadığı Bakı şəhəri, Bilgəh qəsəbəsi, Hacı Mail küçəsi, 39 Noli ünvanda yerləşən evində etibardan sui-istifadə edərək, aldatma yolu ilə 21.000 ABŞ dolları dəyərində müxtəlif qızıl zinyət əşyalarını və 2002-ci ilin yayında həmin ofisi Q.Atayevin adına özəlləşdirmək və alqı-satqını rəsmiləşdirmək adı ilə əlavə olaraq 2500 ABŞ dolları dəyərində brilyant qaşlı üzük-sırğa dəstini alıb. O, Qəzənfər Atayevə cəmi 23.500 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 106.305.000 AZM (21.261 AZN) dəyərində əmlakını ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa o, təkrarən, 2001-ci ilin yayında Bakı şəhəri, Ş.Qurbanov küçəsi, 2/15 ünvanda avtomaşın alqı-satqısı ilə məşğul olduğu ofisində Əmirov Vasif Nəcəf oğlunun faktiki mülkiyyətində və istifadəsində olan 10 EG 707 dövlət nömrə nişanlı «Jeep Cherokee» markalı avtomaşını Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində Vasif Əmirovun adına rəsmiləşdirəcəyi adı ilə aldadıb. Onun etibarından sui-istifadə etməklə həmin avtomobili alıb başqa şəxsə sataraq, Vasif Əmirovun cəmi 106.240.000 AZM (21.248 AZN) dəyərində əmlakını ələ keçirib külli miqdarda ziyan vurub.

Məhkəmə qərarı

Bundan başqa, o, 30 may 2005-ci il tarixdə Sumqayıt şəhərində Qasımov Zaur Eldar oğluna məxsus «Peugeot-607» markalı dövlət nömrə nişansız avtomaşını satmaq üçün onun əvəzinə istintaqa məlum olmayan başqa şəxsi Xızı rayon dövlət notariat kontoruna təqdim edib Zaur Qasımovun imzasını saxtalaşdırmaqla, Əhmədov Zaur Sərxan oğlunun adına həmin avtomaşını satmaq üçün hüquq verən rəsmi sənəd olan etibarnamə alıb, saxta sənəddən istifadə etməklə avtomaşını Hüseynov Cavid Məhərrəm oğlunun adına rəsmiləşdirib. Mahmudov 2006-cı ildə yenidən cinayət törədib.

Həmin vaxt qeyri-rəsmi ər-arvad münasibətində olduğu aktrisa F.A-vanın pornoqrafik şəkillərini çəkərək yayıb. Həmin əməlinə görə məhkəmə-psixatrik ekspertizası təyin edilib. Ekspert rəyi ilə onda "Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, psoxotopatabənzər sindromla və konpensasiya halı" aşkar olunur. Espert komissiyasının rəyi ilə o cinayəti törədərkən anlaqlı hesab olunub.

2007-ci ildə yenidən "Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, psoxotopatabənzər sindromla və konpensasiya halı" aşkar olunur və rəy verilir ki, cinayət əməlini törədərkən anlaqlı olub.

M.Mahmudovun bundan başqa müxtəlif məhkəmələrdə ayrı-ayrı şəxslərlə məhkəmə çəkişmələri davam edir.

pia.az

 


Etiket: Maqsud Mahmudov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar