Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın mitinq qərarı-aksiyalarla bağlı sanksiyalar nə qədər davam edəcək?

Milli Şura aksiya keçirməyi planlaşdırır

Bu dəfəki mitinq problemli kreditlərə həsr ediləcək. Bu barədə “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.

Son 4 ayda Milli Şuranın 19 yanvar aksiyası istisna olmaqla, 6 mitinq müraciətinə mənfi cavab verən Azərbaycan hökumətinin bu dəfə hansı münasibəti sərgiləyəcəyi suallar doğurur. Mitinq sanksiyalarının nə qədər davam edəcəyi bilinmir. Mitinqlərə icazə verilməməsini səbəbi kimi xaricdəki bəzi qüvvələrin bundan istifadə edə biləcəyi deyilir. İndiyə qədər siyasi məhbus problemini daha çox qabardan beynəlxalq təşkilatların, anti-Azərbaycan qüvvələrinin bu dəfə nəzərlərini mitinq sanksiyalarına yönəldə biləcəkləri önə çəkilir. Ölkədə islahatlar aparan iqtidarın fəaliyyətinə mitinq qadağalarının kölgə sala biləcəyi ehtimallar sırasındadır.

Bundan əlavə, problemli kreditlər ölkə vətəndaşları üçün aktual mövzudur. Bu səbəbdən də müxalif düşərgə bu problemdən maksimum dərəcədə yararlanmağa cəhd edir.

Fazil Mustafa: “Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa problemli kreditlərin aradan qaldırılmasının vacibliyindən söz açdı:

“Vəziyyət kritik həddə düşüb. Amma hökumətin prioritet verdiyi məsələlər var. Çox güman ki, bunları ardıcıl həll etməyi düşünürlər. Şəhid ailələri ilə bağlı məsələ çözüldü. Addım-addım bu məsələlər də çözülə bilər. Amma bunu mitinq predmetinə çevirmək doğru deyil. Mitinq daha çox həmin şəxslərin siyasi şüarları ilə bağlı ola bilər. Bu istiqamətdə çalışmaq daha doğrudur. İndiki şərtlərdə bu cür sosial tələbləri qabartmaq doğru deyil. Fikrimcə, daha çox cəmiyyətin Qarabağ məsələsinə yönəlik mitinqlərinə icazə verilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, buna da icazə verilməyib. Amma ümid edək ki, məsələlər mitinq yolu ilə deyil, hökumətin öz iradəsi ilə həll ediləcək”.

Hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, borc məsələsi hər bir iqtidar üçün ciddi problemdir:

“Bu problem hər zaman sosial gərginlik yarada bilər. Heç kəs düşünməsin ki, bu sosial gərginliyi adi insanlar edir. İnqilab tarixlərini dərindən oxuyan bir insan kimi deyirəm ki, belə gərginlikləri daha çox iri borcları olanlar edir. Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur. Onlar borclarını verməmək üçün suyu bulandırırlar. Mən vətəndaşlara bu məsələ ilə bağlı məhkəmələrdə kömək edirəm. Bir qayda olaraq vətəndaşlar məhkəmələrdə uduzurlar. İri sahibkarlar isə tez-tez udurlar. Necə udduqları tamam başqa məsələdir. Uda bilməyəndə isə borc məsələsini siyasiləşdirməyə başlayırlar. Açığı, belə şeylərin əleyhinəyəm. Çünki sonunda populist şüarlara aparıb çıxarır.

Əkrəm Həsənov: “Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur”

Bir şeyi unutmaq olmaz ki, banklar öz pullarını verməyiblər, əmanətçinin pulunu veriblər. Müxalifətin bu amildən istifadə etməsi populizmə aparıb çıxara bilər. Mən onunla tam razılaşıram ki, vəziyyətin bu həddə çatmasında dövlət orqanlarında çalışan bəzi şəxslərin biliksizliyi, savadsızlığı və qeyri-dürüstlükləri rol oynayıb. Hər zaman demişəm ki, problemli kreditlərin tam əksəriyyəti bank sahiblərinin, rəhbərlərinin yaratdığı problemdir. Onlar öz yaxınlarına, öz bizneslərinə qanunsuz kreditlər verirlər. O fikirlə verirlər ki, getsin gəlməsin. Yəni banka pul qoyan əmanətçilərin pullarını mənimsəyiblər. O kreditləri müəyyən etmək o qədər də çətin məsələ deyil. Bunun üçün hüquqşünas, maliyyəçi olmaq lazım deyil. İstənilən mətbuat işçisi gedib bankda oturub kredit sənədlərinə baxdıqda müəyyən edəcək ki, hansı krediti bank bilə-bilə verib. Harada görsə ki, kredit məbləği böyükdür, faizi aşağıdır, müddəti uzundur, girovu ya yoxdur, ya da azdır, məsələ bitdi. Deməli, bu kreditləri qaytarmaq üçün dövlət orqanları işləməli idi. Bu problem 3 ildən çoxdur davam edir.

Maliyyə Bazarlarına Nəzarət Palatası məhz bu səbəbdən yaradılmışdı. O kreditləri verən və alanları məsuliyyətə cəlb edib məcbur etmək olardı ki, o məbləğləri qaytarsınlar. Bu yolla bu problemi həll etmək olardı. Ondan sonra da əhalinin və vicdanlı biznesmenlərin kredit problemləri qalacaqdı. Bu problemlər də 30% təşkil edir. Burada da dövlət bank və dövlət hesabına müəyyən güzəştlər edə bilər. Bu problemləri bir ilə həll etmək olar. Çalışmaq lazımdır ki, bu problemdən bəzi qüvvələr sui-istifadə etməsinlər. Mən iqtidarda deyiləm. Dövlət vəzifəm yoxdur və dövlətdən də heç bir vəsait almıram. Vəkil kimi işləyirəm. Müxalifətlə də heç bir əlaqəm yoxdur. Amma dövlət orqanlarının günahlarını örtmək olmaz. Təsəvvür edin ki, ötən il ziyanla işləyən beş bank olub. Banklar bəzən sahibkarlardan pulları geri almaq üçün müxtəlif yollara əl atır. Onlar təhdid edilir, yaxud saxlanılır. Bu cür zor tətbiqlə pulları geri alırlar. Lap sahibkar qanunsuz kredit götürsə də, bu pulları verən bankdır axı. Sonda onu deyim ki, problemli kreditlərin yaranmasında günahkar olan orqanlar arasında Mərkəzi Bankın olduğunu unutmayaq. Bu qədər problemli kreditlər verilib, Mərkəzi Bankın xəbəri olmayıb. O zaman belə bir orqan nəyə lazımdır?”

Novella Cəfəroğlu: “İcazəli mitinqlər hökumət üçün qorxulu deyil”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mitinqlərə icazə verilməsinin vacibliyini vurğuladı:

“Mitinqlər ondan ötrü edilir ki, emosiyalar və digər hallar aradan qalxsın. Xaricdə keçirilən aksiyalarda baş verənlərin ölkəmizdə təkrarlanmasını, yaxud o tipli aksiyaların təşkil olunmasını istəmirəm. Narazılığını ifadə edənlər, mitinqlərə gələnlər dövlət və iqtidar üçün ziyanlı deyillər. İmkan vermək lazımdır ki, insanlar gəlib öz sözlərini desinlər. Daha pis o olardı ki, insanlar icazəsiz mitinqə çıxardılar. İcazəli mitinqlər hökumət üçün qorxulu deyil. Mitinqlərə icazənin verilməməsi həm xaricdə olan beynəlxalq təşkilatları, həm də xaricdə bizə qarşı çıxış edən insanları yenidən vadar edəcək ki, hər yerdə Azərbaycanda söz azadlığının olmadığını gündəmə gətirsinlər. Hesab edirəm ki, hökumət mitinqlərdən qorxmamalıdır. Hökumət öncəliklə öz məmurlarından qorxmalıdır. Qanunlara əməl etməyən məmurlar vəzifələrindən uzaqlaşdırılmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar