Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şura qondarma “erməni soyqırımı”na niyə səsini çıxarmadı?

Radikal müxalifət təşkilatları bu haqsızlığı niyə etiraz etmədi...

ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnamə dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli xalqlar tərəfindən pislənilməkdə davam edir. Hətta bu qərara gözlənilmədən Rusiyada da bəzi medialar etiraz edib, qərarın qəbulunda siyasi çalarların olduğunu bildiriblər. Ölkənin nüfuzlu “Vzqlyad” qəzeti bu addımı “S-400”lərə görə Türkiyədən qisas almaq kimi dəyərləndirilib.

Türkiyə parlamenti məsələyə sərt reaksiya verdi, ölkənin Xarici İşlər Nazirliyi buna etiraz etdi.

Və təbii olaraq qərara ən sərt etiraz edənlərdən biri də toplu olaraq Azərbaycan oldu. Ölkənin həm siyasi rəsmi təşkilatları, Xarici İşlər Nazirliyi, ayrı-ayrı parlament nümayəndələri, dövlət rəsmiləri məsələyə kəskin reaksiya verdilər.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan və erməni lobbi dairələrini qondarma “erməni soyqırımı”nı siyasi möhtəkirlik obyektinə çevirməkdə ittiham etdi. Bildirdi ki, onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar.

Millət vəkilləri və media məsələni gündəmdə saxlamağa çalışdılar. Amma maraqlıdır ki, özünü türk hesab edən və türk kimi nəfəs alan hər bir şəxs saxta qərara etiraz etdiyi bir məqamda radikal müxalifət təşkilatları bu haqsızlığı heç bir səs çıxarmadılar. Nəinki səs çıxarmadılar, gündəmi icazəsiz aksiya mövzusu ilə dəyişməyə çalışdılar. Vaxtaşırı ABŞAvropa diplomatları ilə görüşən Milli Şura rəhbərliyi həmin görüşlərdə bir dəfə də olsun Azərbaycanın və Türk dünyasının ümumi maraqlarına zidd olan saxta sənədə öz etirazlarını bildirmək cəsarətində bulunmadılar.

Artıq həmin qərarın qəbulundan bir sutkadan artıq vaxt keçib və bu saata qədər internet mediada müxalifət adına yalnız Azərbaycan Demokrat Partiyasının etiraz mövqeyini görmək mümkündür.

Partiya ABŞ Konqresinin alt palatasının saxta "erməni soyqırımı"nı tanıyan qanun layihəsini qəbul etməsini böyük təəssüf hissi ilə qarşılayır və elmi şəkildə öz təsdiqini tapmayan bu ittihamı türk və müsəlman dünyasına qarşı yönələn bir addım kimi dəyərləndirir. ADP belə hesab edir ki, bu cür qərəzli qərar təkcə Türkiyənin Amerikaya qarşı yox, bütünlükdə türk və İslam dünyasının mütərəqqi qüvvələrinin Amerikaya qarşı pis münasibətinin yaranmasına gətirib çıxaracaq, dünyada xüsusi ilə, demokratiyanın beşiyi sayılan Amerikada ədalətli qərarların qəbul ediləcəyinə şübhələr yaranacaq, Amerikanın dünyada haqqın, ədalətin və təhlükəsizliyin təminatçısı roluna inam sarsılacaq, eyni zamanda bu cür provakasiya xarakterli qərarlar pis bir presedentə çevrilərək bir çox xalqların başqa xalqlara qarşı əsassız iddialarına rəvac verəcək ki, bu da dünyada sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradacaq.

Maraqlıdır, əcaba digər müxalifət partiyaları, xüsusilə özünü Türk dünyasının liderlərindən olan Elçibəyin davamçısı elan etmiş AXCP və Milli Şura üçün açıq bir bəyanatla çıxış etmək bu qədərmi çətindir? Onların belə bir mövqe sərgiləməsini kim əngəlləyir? Bəyəm, bu qərarın Türkiyə və Azərbaycan üçün bir təhdid olduğunu ağılları kəsmirmi? Bəlkə artıq bu təşkilat rəhbərliyi öz milliyətindən belə imtina edib?

Sualları kifayət qədər artıqmaq olar və cavablar da elə sualların özündədir.

Radikal müxalifət ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına heç bir etirazlarını bildirməməsi bu vaxta qədər səslənən onların xaricdən idarə olunması ilə bağlı iddiaların bilavasitə öz təsdiqini tapmasıdır. Və onların etiraz etməməsinin səbəbi hamıya bəllidir. Əksinə kritik zamanda milli maraqlarımıza xidmət etməyən mitinq keçirməyə hazırlaşır. “Müxalifət xaricdən Azərbaycanı zəiflətmək, Azərbaycanın inkişafının qarşısını almaq istəyən qüvvələrə bilavasitə xidmət edir” ittihamlarının ünvanı dəqiqdir.

Bir maraqlı məqamı xatırladaq. Türkiyə Cümhuriyyətinin ana muxalifəti hesab olunan, hazırda iqtidara müxalif olan Cümhuriyyət Xalq Partiyası və digər partiyalar da ABŞ Konqresinin Nümayəndələr Palatasına öz etirazlarını bildirdilər və iqtidarla eyni mövqedən çıxış edərək onların qərarını tanımadıqlarını dedilər. Amma təəssüf ki, Azərbaycan müxalifəti bundan nümunə götürmədi. Eyni zamanda, müxalifətin xarici ölkələrdə fəaliyyət göstərən nümayəndələri də bircə kəlmə olsa belə, etirazlarını nümayiş etdirmədilər.

Milli Şuranın bu “fərqliliyi”nə millət vəkili Siyavuş Novruzov şərh verib. Onun şərhinin bir hissəsini təqdim edirik: “Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsi, ölkədə sabitliyin, əmin-amanlığın olması müxalifəti, o cümlədən Ermənistanı və onlara havadarlıq edən dövlətləri narahat edir. Onlar da bunları qızışdırıb ortaya salmaqla Azərbaycanın müsbət imici üzərinə kölgə salmaq istəyirlər. Paralelliyə baxın, ABŞ Konqresinin Nümayəndələr Palatasında eyni zamanda “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olundu. Yəni, bunların hamısı bir mərkəzdən idarə olunur və həmin mərkəzin tapşırıqlarına xidmət göstərilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür və bu separatçılara, millətini satanlara heç bir dəstək verilmir”.

Əli Kərimlinin hətta öz yaxınındakı adamları belə artıq onun yanlış qərarlar verdiyini, “başqa dəryalara baş vurduğunu” anlayırlar. Gündəmin bu qədər dolu olduğu, Azərbaycanda ölkəmiqyaslı struktur və kadr islahatları həyata keçirildiyi, qondarma erməni soyqırımı ilə bağlı məsələ gündəmdə olduğu və bütün bunlardan əlavə, 19 oktyabr mitinqində həbs olunanların hələ də azad edilmədiyi bir vaxtda qanunsuz aksiya keçirməkdə israr etmək sonda Əli Kərimlinin təklənməsinə aparır. Artıq bunun ilk işartıları da görünməkdədir.

Bu gün Milli Şuranın sədri Cəmil Həsənli çağırış edərək qanunsuz aksiyanı təxirə salmağı təklif etdi. Artıq AXCP sədri ilə normal dialoq aparmaq o qədər çətinləşib ki, C. Həsənli bunu hər hansı bir toplantıda və ya Ə. Kərimlinin özü ilə dialoqda dilinə gətirmir. Təklif sosial şəbəkədə səslənir. Və bu təklifə də müxalifət nümayəndələri tərəfindən dəstək kifayət qədərdir.

Güman ki, yaxın günlərdə C. Həsənli bu təklifi nədən sosial şəbəkədə irəli sürdüyünün səmimi izahını verəcək və ardından da o Milli Şuranın rəhbərliyindən uzaqlaşdırılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar