Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəmanın qızı: “Dünya azərbaycanlıları Azərbaycan dövləti ətrafında sıx birləşib” - Foto

İsveçrənin Bern şəhərindəki məşhur Helvetiaplatz meydanında Ermənistanın Azərbaycana hərbi təcavüzünə və təxribatlarına qarşı geniş etiraz aksiyası keçirilib.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada əksəriyyət azərbaycanlılar, o cümlədən digər millətin nümayəndələri iştirak ediblər.

Aksiyanın iştirakçılarından olan Azərbaycan Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova yerli mətbuata bildirib ki, işğalçı Ermənistanın təxribatlarına qarşı bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin, Ali Baş Komandan cənab İlham Əliyevin trafında sıx birləşiblər.

“Bu gün Azərbaycan ordusu Ali Baş komandanımızın rəhbərliyi ilə müzəffər addımlarla erməni silahlılarının təxribatlarının qarşısını alıb onları işğal olunmuş torpaqlarımızdan qovur. Biz bu haqq yolunda sona qədər, bütün torpaqlarımız işğaldan azad olunana qədər qələbə qazanacağıq”, - deyə o əlavə edib.

F. Əhmədova bildirib ki, dünyadakı azərbaycanlılar bütün beynəlxalq təşkilatlardan Ermənistanın bu təcüvazünün dayandırılmasını, təxribatlra son qoyulmasını tələb edir:

“Ordumuz qarşısında hər gün məğlub olan Ermənistan bütün vəhşiliklərə, qeyri-insani davranışlara əl atır. Gəncə şəhərinin, Tərtər rayonunda dəfn mərasiminin raket atəşinə tutulması və bunun nəticəsində dinc inaların öldürülməsi kimi xeyli faktlar dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ciddi hərəkətə gətirməlidir. XXI əsrdə də Ermənistan dünyann gözü qarşısında hərbi cinayətlərini, qeyri insani davranışlarını dayandırmır. Buna “Dur!” deyilməlidir!”(oxu.az)

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar