Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Milli Qəhrəman Şükür Həmidovun anım mərasimi keçirilib - Foto, Video

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun anım günüdür.

PİA.az-ın xəbərinə görə, İkinci Şəhidlər xiyabanında şəhidin anım mərasimi keçirilib.

Tədbirdə Müdafiə NazirliyiQubadlı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ş.Həmidovun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Mərasimdə Ş.Həmidovun şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, FüzuliQubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi, 2 övladı yadigar qalıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

ABŞ-ın Türkiyəni mühasirə almaq layihəsinə vurulan zərbə...

Helikopter qəzasında həlak olan hərbçilərdən üçü Şəhidlər xiyabanında dəfn edilmədi

Polkovnik Fizuli Cavadovun idarə etdiyi uçuş - Video

"Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Polkovnik-leytenant Emil Nəzirovdan qalan xatirə - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay