Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli parklarda uşaqlar üçün guşələr yaradılacaq

Bu il milli parklarda uşaqlar üçün “Təbiəti dərk et-əylən” tipli guşələr yaradılacaq

Həmin guşələrdə uşaqlar üçün interaktiv, məntiqi, müxtəlif məzmunlu təbiətə aid oyunların keçirilməsi nəzərdə tutulub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, məqsəd gənc nəslin, uşaqların milli park ərazilərində vaxtlarını daha səmərəli və maraqlı keçirmələrinə və təbiətlə bağlı daha çox məlumat əldə etmələrinə nail olmaqdır:

“Qızılağac Milli Parkında artıq belə guşələr mövcuddur. Bundan əlavə, milli parklara gələn turistlərin qida və su ehtiyacının qarşılanması üçün də xüsusi yerlərin ayrılması nəzərdə tutulub. Belə ki, həmin yerlərdə turistlərə fast-fudlar və su veriləcək.

Azərbaycanda turistlər ən çox Göygöl Milli Parkına maraq göstərirlər. Həmin milli park yeni açılanda bir turizm mövsümü ərzində oranı 180-200 min nəfər ziyarət edib. Lakin digər milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır və onlara da maraq getdikcə artır”.

Departament direktoru qoruqlarda vəhşi təbiətin müşahidəsi üçün infrastrukturun quraşdırılacağını və işlərin yaya qədər yekunlaşacağını bildirib:

“Bu zaman turistlər qoruqlara daxil olmadan xüsusi müşahidə məntəqələri vasitəsilə həmin qoruğun bitki və heyvanat aləmi ilə tanış ola biləcəklər. Lakin bu, bütün qoruqlarda mümkün olmayacaq”.

O, yasaqlıqların mülkiyyətinin nazirlikdə olmadığını, lakin həmin ərazilərin də bitki və heyvanat aləminin mühafizəsinə nəzarət etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 3 mart - Dünya Vəhşi Təbiət Günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü elan olunub. Bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azaddırlar. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar