Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olundu

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun “Baş məşqçilərin təyinatı haqqında” olan əmrinə əsasən, 28 avqust - 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmrə əsasən:

1. İbrahimov İbrahim Eldar oğlu - kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,

2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,

3. Panyutin Oleq Viktoroviç - atletika idman növü üzrə milli komandanın,

4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük idman növü üzrə milli komandanın,

5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq idman növü üzrə milli komandanın,

6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı idman növü üzrə milli komandanın,

7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma idman növü üzrə milli komandanın,

8. Tağızadə Fərid Əvəz oğlu - para-taekvondo idman növü üzrə milli komandanın,

9. Abdullayev Zahir Abdulla oğlu - qolbol idman növü üzrə milli komandanın,

10. Məhərrəmov İlham Nadir oğlu - boccia idman növü üzrə milli komandanın,

11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis idman növü üzrə milli komandanın,

12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma idman növü üzrə milli komandanın,

13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komandanın,

14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar