Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin sədri Dariqa Nazarbayeva ilə görüşdü - Foto

Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində aprelin 18-də Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb

PİA.az Publika.az-a istinadən xəbər verir ki, Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir. “Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, - deyə D.Nazarbayeva bildirib.

Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: “Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

Milli Məclisin sədri Oqtay Əsədov Dariqa Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsinə qalxıb. AzərbaycanQazaxıstan xalqlarının liderləri Heydər ƏliyevNursultan Nazarbayev arasında olan dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı ədalətli mövqeyini hər zaman yüksək qiymətləndirir. Milli Məclisin sədri iki dost ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar