VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir...
PİA.az-ın xəbərinə görə, iclasda Milli Məclisin Hesablayıcı komissiyası təşkil ediləcək, parlamentə sədr seçiləcək.
Deputat Oqtay Əsədovun növbəti dəfə də sədr olacağı ehtimal edilir.
Daha sonra spikerin I müavini və müavinləri, o cümlədən parlamentin komitələrinə sədrlər seçiləcək.
İlk iclasda Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) rəhbəri Samir Nuriyevin, PA-nın Ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Konstitusiya Məhkəməsi sədrinin, sədrin müavininin və hakimlərinin, Mərkəzi Seçki Komissiyasının sədrinin, sədr müavininin, katiblərinin, üzvlərinin iştirakı nəzərdə tutulur. (Pravda.az)
pia.az