Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Milli Məclisin İşlər İdarəsi qohumbazlıq prinsipi ilə idarə edilir - İddia

Milli Məclisin yeni seçilmiş sədri Sahibə Qafarovanın parlamentin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam imzalaması cəmiyyətdə böyük rezonans və rəğbətlə qarşılandı...

Məlum sərəncamda qeyd olunduğu kimi, bu qərar Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün qurumun Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması məqsədi ilə qəbul olunub

Çox qısa müddətli spiker fəaliyyəti ilə ictimaiyyətin geniş rəğbətini qazanmış Sahibə Qafarovanın bu sərəncamı Milli Məclisin Aparatında və İşlər İdarəsində çalışan şəxslərin faəliyyəti və kimlikləri mövzusunu medianın gündəminə gətirdi.

Ayrı-ayrı mətbu orqanların apardığı araşdırmalar nəticəsində ortaya olduqca dəhşətli mənzərə çıxdı. Bəlli oldu ki, indiyədək Milli Məclisin Aparatında və İşlər İdarəsində kadr siyasəti daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilib. Çünki, hazırda Milli Məclisin Aparatında və İşlər İdarəsindəki bir çox mühüm postları ayrı-ayrı icra başçılarının, deputatların, oliqarxların övladları "zəbt edib”.

Son olaraq, Milli Məclis Aparatının əməkdaşı, "tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğlu Rəmzi Şükürovun karantin postundakı polislərin qanuni əmrlərinə tabe olmamaqla yol qurğularını qıraraq ərazidən qaçması faktı Milli Məclisin Aparatında və İşlər İdarəsindəki kadr siyasətinin meyarlarını çılpaqlığı ilə ortaya qoyur.

Bu xüsusda Editor.az-a olduqca maraqlı məlumatlar daxil olub. Məlumatlara əsasən, ali qanunverici orqanı qohumçuluq prinsipi ilə idarə edənlərin siyahısında ilk pillərdə 30 ilə yaxındır Milli Məclisin İşlər idarəsinin müdiri vəzifəsində çalışan 73 yaşlı Firudin Hacıyev gəlir.

Daxil olan məlumatlara görə, hazırda F.Hacıyevin baldızı oğlu İmran Bədirov Milli Məclis aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini, digər baldızı oğlu Sərxan Bədirov maliyyə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

Bundan başqa İşlər müdirinin qardaşı qızı Seva Hacıyeva TÜRKPA-nın mühasibi və işlər idarəsinin məsləhətçisi postlarını tutur.

İddialara görə, ümumiyyətlə Milli Məclisin İşlər İdarəsində çalışan əməkdaşların və sürücülərin əksəriyyəti Firudin Hacıyevin qohumlarıdır.

Görünür, Firudin Hacıyevin 30 illik müdirliyi onu o qədər arxayın salıb ki, Milli Məclisdə ailə-klan hakimiyyəti qurmaqdan belə çəkinməyib…

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Milli Məclis


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bir oğurluq xalçaya villa alan xanım səfir kimdir? - Foto, Video

İcra başçısı ilə vətəndaş arasında mübahisə - Neftçalalılar gənc başçıya niyə qəzəbləniblər?..

Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır - Fotofakt

Operativ Qərargah: Ərzaqlarınızı əvvəlcədən alın

Heydər Əliyevdən sonra SSRİ Nazirlər Sovetinin üzvü olan yeganə azərbaycanlı kimdir? - Fotolar

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Rəsmi

Yas mərasimində yoluxma - qardaş və bacı ölümünə səbəb oldu

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli əməlləri

Arif Qasımovun varidatının siyahısı – Heç Trampın da bu qədər mülkiyyəti yoxdur

200 milyonluq əmlakın alınmasında adı hallanan Eldar Mahmudovun bacısı kimdir? - Dosye

“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” – Səfir danışdı

loading...

Ən çox oxunanalar