Cümə axşamı, 24 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Milli Məclisin deputatı Rusiyada daha bir sanatoriya alıb – Fotolar

Milli Məclisin deputatı, "Karat Holdinq"in sahibi Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb...

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı "İstoçnik" sanatoriyalarının ardınca Kislovodskdakı köhnə "Voronej" sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.

Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Təsisçiləri Əsabil Qasımovun "Karmen" MMC (8.000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО "АГРОС”, 2 000 rubl və ya 20%).
"Voronej" sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.

"100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər" deyə jurnalist qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Oğlunun maşın kolleksiyası ilə bağlı yayılan xəbərlərə Adil Əliyevdən açıqlama

Zaxarova Lavrovun Qarabağ açıqlamasını təkzib etdi

Pediatr distant təhsilə etiraz etdi: "Biz insanıq, qoyun deyilik"

Murad Dadaşov daha bir məşhuru “Xəzər“ə gətirdi - Foto

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib

Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…

Ramiz Mehdiyevin dissertasiyası ilə bağlı AMEA-dan açıqlama  

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

“Türkiyə təklənib, yeganə gücü ordusudur...” – “Yunanıstan Türkiyə ilə müharibə apara bilməz”

Sabiq deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi

Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olan polşalı Bakıda necə peyda oldu? - Foto

loading...

Ən çox oxunanalar